Xəbər lenti

arifhacll.jpg
Müsavat başqanı Arif Hacılı İlham Əliyevin “AXC-Müsavat cütlüyü” ifadəsinə münasibət bildirdi.

Ardını oxu...

dilaverazimli.jpg
“1827-ci ilin sonlarından başlayaraq 1828-ci ilin əvvələrinə qədər davam edən Rusiya-Türk Qacar imperiyası arasında gedən müharibə zamanı Naxçıvan və İrəvan xanlığı da süqut etdi. 1828-ci il fevralın 10-da da Qacar Türk imperiyası məğlubiyyət sənədinə imza atdı. Bəli, bu kapitulyasiya idi”.

Ardını oxu...

shakirmemm.jpg
Ömrünün 30 ildən çoxunu meydan hərəkatlarında keçirən, Elçibəy sevdalısı, KXCP -ın Sumqayıt şöbəsinin keçmiş sədri Şakir Məmmədov ilə söhbətimizi təqdim edirik.

-Şakir bəy, meydan hərəkatına qədər kim idiniz?

-1960-cı ildə Qazax rayonunda dünyaya gəlmişəm. Orta məktəbi bitirdikdən sonra təhsilimi “Bakı Energetika Texnikomu”nda davam etdirmişəm. Sonra sovet ordusu sıralarında iki il hərbi xidmət çəkmişəm. Oxumaq hobbim olduğundan yenidən təhsil almaq qərarına gəldim. Əvvəlcə “Sumqayıt Kimya Texnologiya Texnikom”unu oranı bitirdikdən sonra isə Çingiz İldırım adına “Bakı Politexnik İnstitut”unun “Avtomobil istismarı” şöbəsini bitirmişəm. Avtomobil təsərüfatlarında kiçik vəzifələrdə çalışmışam. Qısası sadə bir vətəndaş.

-Sizi meydan hərəkatına qoşulmağa nə sövq etdi?

-1988-ci ildə Qarabağda “Topxana” meşəsi dağıdılan zaman mən də etirazçılar ordusuna qoşuldum. 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə mən öz dostlarımla birgə Sumqayıt ilə H.Z.Tağıyev qəsəbəsi arasında yerləşən Kimya zavodu yolu istiqamətində Rusiyadan gələn avtomagistral yolda sovet qoşunlarını qarşılamalı idik.  Lüləsi kəsilmiş ov tüfəngləri, molotov koktelləri ilə də silahlanmışdıq. Lakin qoşunlar heç kimin gözləmədiyi halda alternativ yolla paytaxta yol aldı.

-Meydan hərəkatında kimlərlə çiyin-çiyinə olmusunuz?

Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı, Etibar Məmmədov, Xəlil Rza Ulutürk və digərləri

-1988-ci ildə Sumqayıtda baş verən azərbaycan-erməni “qarşıdurma”sı zamanı hansı fəaliyyətlərlə məşğul idiniz?

Eduard Qriqoryanın təxribatı ilə Sumqayıtda böyük çaxnaşma, qətliyam yaratmaq istəyirdilər. Mən və bir qrup gənc meydan hərəkatçıları şəhərimizdə baş verə biləcək qətliyamın qarşısını almağa çalışırdıq. O vaxtlar Səməd Vurğun klubu var idi ( indiki Sumqayıt İcra Hakimiyyəti ilə üzbəüz ) ermənilərin burnu qanamasın deyə onları oraya yığırdıq. Şəxsən mən özüm maşınımda bir erməni ailəsini gətirib kluba yerləşdirmişdim.

-Şakir bəy, sizi bir çoxları fanatik cəbhəçi hesab edir. Hətta övladlarınızdan birinin adını mərhum Elçibəyin şərəfinə adlandırmısınız. Söyləntilər doğrudurmu?

Fanatik deməzdim, sadəcə ədalətsizliyə, haqsızlığa qarşı barışmaz mövqedə olmuşam.

Bəli, oğlumun adını Əbülfəz qoymuşam.

-Elçibəy sevdanız yenə qalıbmı?

Əlbəttə! Elçibəyin Azərbaycana və xalqa böyük xidmətləri olub, onları unutmaq olmaz. Mərhum liderin etdikləri barədə çox misallar çəkmək olar. Mən cəmi birini xüsusi vurğulayacam. Qafqazın ən demokratik dövləti hesab olunan Gürcüstan bizdən bir neçə illər sonra Rus qoşunlarını çıxartdığı halda, biz bəyin hakimiyyəti dövründə, yəni 1992-ci ildə rusları rədd elədik.

-Bəs siz AXC-də hansı vəzifə sahibi olmusunuz?

-Uzun müddət KXCP-ın Sumqayıtda şöbəsinin sədri olmuşam. Ədliyyə Nazirliyi tərəfindən partiyamızın möhürü əlimizdən alındıqdan sonra havada qaldıq.

-Elçibəyin adından sui-istifadə edərək özlərini “cəbhəçi”, “xalq keşiş”ləri, “haqq”ı deyən kimi qələmə verənlər var. Belələri necə ortaya çıxdı?

-Qeyd etdiyiniz ünsürlərin hamısı vaxtı ilə indiki iqtidar tərəfindən ələ alınmış yaltaqlar, milli satqınlardırlar. O tör-töküntülər sayəsində milli azadlıq hərəkatının ən avanqard, möhkəm birliyi olan AXCP-ni 4 yerə parçaladılar. Çünki iqtidarın çəkindiyi ən böyük qüvvə xalq cəbhəsi idi.

-Dörd yerə parçalanan liderlərin hər biri özlərini AXC və Elçibəyin varisi hesab edir. Sizcə həqiqətən əsl cəbhəçilər və mərhum prezidentin varisləri kimdir?

-KXCP-də kifayət qədər ağırlığı olan insanlar var. Onlardan Ədalət Yusubov, Oqtay  Gülaliyev, Sərxan Carçı kimi döyüşkən insanları qeyd edərdim. Mən AXC-in lideri və Elçibəy yolunun davamçısı kimi Əli Kərimlini görürəm.

-Sizcə, AXC ilə iqtidar kompromisə gələ bilərmi?

-Qətiyyən! Çünki iqtidar bütün körpüləri yandırıb. Bu qədər korrupsiya, talanlar, ofşor hesablarla məşhurlaşan iqtidarla necə barışığa gəlmək olar?!

-Bəs ilk addımı iqtidar ataraq barışığa çağırsa, islahatlar keçirərək mərhum Qəddafinin dövründəki Liviyada, hal-hazırda isə BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanı, Türkmənistan, Norveç, heç olmasa Belorussiyadakı kimi sosial sahədə islahatlar keçirərək xalqın həyat səviyyəsini yüksəldilməsi istiqamətində siyasət yürüdülsə barışıq baş tutarmı?

-Əgər qeyd etdikləriniz həyata keçirilsə mən bir gün də olsa müxalifətdə qalmaram.

-Yəni səmimi bunu səmimi etiraf edirsiniz?

-Bəli, tam səmimiyyətlə deyirəm. Əgər iqtidar sosial rifahı yüksəltsə, yeni-yeni iş yerləri açsa, insanların dolanışığı üçün münasib əmək haqları versə, həmçinin Qarabağ düyününü həll etsə həmin gün müxalifətdən gedərəm.

-Hal-hazırda nə işlə məşğulsunuz?

-Daimi işim yoxdur. Bəzən tikintilərə gedib fəhlələrin üstündə dururam. Bəzən də köhnə maşınımla taksovatlıq edirəm. Bəzi xırda-para işlərim də olur. Çətinliklə 3-5 manat qazandığımla ölməməyə çalışırıq.

-Hökumət ölkədə işsizliyin cəmi 5% təşkil etdiyini bildirir. Sizcə bu rəqəm nə qədər həqiqətə uyğundur?

-Təbii ki, yalandır! Hətta mən deyərdim daimi işi və ya yaxşı imkan sahibləri 5% təşkil edir. Elə Sumqayıt əhalisinin 70-80% ya işsizdir, ya da daimi iş yerləri yoxdur. Müşahidə etsəz görərsiniz ki, tezdən saat 6-dan Bakıya iş üçün axın-axın insanlar yol alır. Ölkənin ən çörəkli şəhəri Bakıdır, amma orda da çörəksiz qalanlarlar çoxdur.

-Ailəniz neçə nəfərdən ibarətdir?

-Mən, həyat yoldaşım və 5 övladımızla birgə 7 nəfər. Bütün külfətim gördüyünüz kimi bu bir otaqlı mənzildə məskunlaşmışıq.

-Mənziliniz haqqında biraz məlumat verərdiniz.

Bu bina 1976-cı ildə Özbəkistanda dağıntılarla müşahidə olunan zəlzələdən əziyyət çəkənlər üçün 40 iş gününə tikilib. Sumqayıtda  4 belə bina tikilib. Özbəkistandan gələn nümayəndə Sumqayıtda Kimya zavodlarlarının və kimyavi tullantıların bolluğunu əsas gətirərək binalardan imtina etmişdir. Nəticədə özbək əkələr ( özbəkcə qardaş deməkdir ) bura köçmədi. Binalar isə Sumqayıt şəhər Kommunist partiyası icraiyyə komitəsinin səlahiyyətinə verildi. Onlarda ev növbəsində olan insanlara payladılar. Məndən əvvəl bu mənzildə bir ailə yaşayıb, mən 1987-ci ildə bu mənzili satın almışam. Bu vaxta kimi kompleks şəkildə binada təmir işləri aparılmayıb. Yalnız dam örtüyü dəyişdirilib və üzdən kosmetika işləri aparılıb. Binanın bir neçə yerində çatlar, aralanmalar var. Yaşayış yeri olaraq bina artıq istismar dövrünü başa vurub. Hökumət bu binanı söküb əvəzinə vətəndaşları yeni mənzillə təmin etməlidir. Əks halda hər hansı qəza nəticəsində faciə baş verəcək.

-Binanın qəzalı olması barədə hər hansı dövlət qurumlarına müraciət etmisinizmi?

-N sayda. İstər köhnə, istərsə də hal-hazırkı şəhər icra başçılarına dəfələrlə yazılı şikayətlər bildirmişəm. Hətta qonşularla birgə də yazılı şikayətlər bildirmişik. Fövqəladə Hallar Nazirliyinə də müvafiq şikayətlər bildirmişik. Qəzetlərdə dəfələrlə bu barədə yazmışam. Bütün bunlara baxmayaraq, binanın hələ istismara yararlı olduğu cavabını almışıq.

-Sonda nə demək istəyərdiniz?

-Çox istəyərdim ki, xalqım gözəl yaşasın. Xaricə mühacir axını olmasın, siyasi dustaqlar azad olunsun. Həqiqətəndə ölkəmizi çiçəkləndirmək olar. Təbii sərvətlərimiz düzgün istifadə olunaraq, xalqın ehtiyaclarına yönəldilsə əhalimiz dünyanın ən yaxşı yaşayan xalqlarından biri olar.

 Abdulla İsmayıloğlu

sevincis.jpg
"Davakar İsgəndər Həmidov" - Axıradək baxın. Bu, Sevinc Osmanqızının mənimlə müsahibəsinin başlığıdır. Özü də digər müsahiblərindən fərqli olaraq, heç bir girişə imkan vermədən, birbaşa ANS-in arxivindən götürülən 1992-ci ilə aid bir kadrla. Həmin bu kadrlar 1992-ci ilin yanvar ayından etibarən, illərdir hakimiyyət tərəfindən mənim əleyhimə aparılan qaralama kampaniyasında istifadə olunub və hələ də olunmaqdadır. Həmin il mən ABŞ-ın o vaxtkı prezidenti Bill Klintonun inauqurasiyasına dəvət alaraq, orada iştirak etmiş, ən önəmlisi isə Azərbaycana qayıtdıqdan sonra Parlamentdə ilk dəfə olaraq keçmiş KQB arxivlərinin açılmasını təklif etmişdim. Məhz bu hadisələrdən sonra mən və ailə üzvlərim mütəmadi olaraq ən tərbiyəsiz şəkildə qarayaxma, alçaldıcı kampaniyaya məruz qalmağa başladı. “KQB-nin arxivi açılmalıdır” bəyanatıma cavab olaraq illərlə mən İsgəndər Həmidov “siyasətçi deyil”, “radikaldır”, “çılğındır”, “qaniçəndir”, nəhayət, “davakardır”, “aqressvidir” adlandırılır və qarayaxmaya məruz qaldığım kimi bəziləri “siyasi cəhətdən yetişmiş”, “proqressiv” “islahatçı” kimi təqdim edilirdi. Odur ki, yuxarıda yazdıqlarımı hər bir oxucunun diqqətlə oxumasını, yaxın tariximizi yenidən nəzərdən keçirməsini istəyirəm. İndi isə gələk hörmətli Sevinc Osmanqızının məni qonaq kimi dəvət etdiyi verilişinə".

Ardını oxu...

gultekinhacc.jpg
'Siyasi durum o qədər acınacaqlıdır ki, azad seçki olmasa, güvən yaranmayacaq''

Ardını oxu...

mustafahacibey23.jpg
“Hörmətli Yasəmən Qaraqoyunlunun Avropa və ABŞ əleyhinə yazı yazmaq hüququna hörmətlə yanaşıram. İfadə azadlığıdır. Amma niyə məhz indi?”

Ardını oxu...

b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_mirvariixx.jpg
Mirvari Qəhrəmanlı: “Rövnəq müəllim oradan çıxarılacağı halda, bu zəif həlqə qırılmağa başlayacaq və...”

Ardını oxu...

qubadibad.jpg“Azərbaycanda problem yalnız pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxunun vəfat etməsi deyil, həm də pensiya çıxandan sonra gözlənilən pensiya müddətinin az olması ilə bağlıdır. Bu göstərici Azərbaycanda 7,5 ildir, MDB məkanında yalnız Tacikistan bizdən geri qalır, Belarus isə 14 illə irəlidə gedir. Gözlənilən pensiya ödənişi müddəti: İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada isə 16 ildir”.

Ardını oxu...

akifnaggg.jpg
"Torpağı işğalda olan dövlət rəhbəri əgər özünü Qarabağ mükəlləfiyyətinin daşıyıcısı hesab edirsə, dişimlə-dırnağmla yer eşəcəm, amma Qarabağı qaytaracam deməlidir". 

Ardını oxu...

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.