Xəbər lenti

dilaverazimli.jpg
“1827-ci ilin sonlarından başlayaraq 1828-ci ilin əvvələrinə qədər davam edən Rusiya-Türk Qacar imperiyası arasında gedən müharibə zamanı Naxçıvan və İrəvan xanlığı da süqut etdi. 1828-ci il fevralın 10-da da Qacar Türk imperiyası məğlubiyyət sənədinə imza atdı. Bəli, bu kapitulyasiya idi”.

 Sozcu.az xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.

Onun sözlərinə görə, bu sənəd birbaşa Rusiyanın diqtəsi ilə yazılmışdı:

“Buna görə də sənədlərdə “Persiya” yazdılar. Əslində, bu müharibədə Persiya iştirak etmirdi. Müharibə Türk Qacar imperiyası tərəfindən aparılırdı. Mənbələrdə “Dövləti-Qacariyyə”, yaxud “Qorunan Dövlətlər Məmləkəti” yazılıb. Bu, birbaşa qədim türk ənənələrindən gələn konfedarativ idarəçilik forması idi. Bunun vilayətlərindən biri də Persiya idi. Bu imperiyada çoxsaylı bütün xalqların dilində mədrəsələr, məktəblər var idi.

Amma kapitulyasia sənədlərində yalnız “Persiya” yazdılar. Bu, tarixi birbaşa təhrif etmək və fars şovinizmini dirçəltmək idi.

Bundan sonra Türk Qacar imperiyasının faciəli günləri başladı. Rusiyaya təzminat ödəyə bilmədiklərinə görə təzminatı İngiltərə ödəməyə başladı. Bununla da İngiltərə siyasi və iqtisadi məsələlərə girişdi. İngiltərə də buranı Persiya adlandırdı. Fransızlar Persiya yazsalar da, heç olmasa Türko-Persian dedilər. İngiltərə və Rusiya tədricən bu ərazilərə hakim oldular.

İngiltərə Malkolm kimi casuslarını bura göndərdi. O da “Persiya tarix”ni yazdı. Malkolm kimi casuslar burada böyük casus şəbəkəsi yaratdılar və Hindistan Türklüyü ilə Qacar Türk imperiyası arasında böyük sədd çəkdilər. Əsas məqsəd gələcəkdə Osmanlı Türklüyünü də məhv etmək idi”.

Dilavər Əzimli bildirib ki, Qacar şahzadələri İngitərə və Rusiyanın “siyasi mətbəx”indən asılı idilər:

“XX əsrin əvvəllərində vəziyyət daha da gərginləşdi və nəhayət, 1924-25-ci illərdə İngiltərə siyasəti Məhəmməd Rza şah Pəhləvini iqtidara gətirməklə min illik türk hakimiyyətinə son verdilər. Pəhləvilər də tarixdə ermənilər kimi saxtakarlıq etdilər və İngiltərənini göstərişi ilə İran adını siyasiləşdirdilər. Bu vaxta qədər İran adı nə siyasi, nə də coğrafi əhəmiyyət kəsb edirdi. İran deyilən söz uyduruldu.

Bütün mənbələr təhrif edildi, yenidən yazıldı. İngiltərə altı cildlik “İranın Kembric tarixi”"ni yazdırdı. Bu tarix cəfəngiyyatlarla dolduruldu.

Rusiya, daha sonra SSRİ də bu sahədə böyük saxtakarlıqlara yol verdi. Cild-cild yalançı İran tarixləri qələmə alındı. Təfəkkürü dəyişdilər. İndi bizim tədqiqatçıların çoxu bu təfəkkürün daşıyıcılarıdır. Problemə həqiqət güzgüsündən baxa bilmirlər. Çünki hələ də ərəb təfəkkürü, fars təfəkkürü, Avropa təfəkkürü, Rusiya təfəkkürü ilə düşünürlər.

Buna görə də o dövrə münasibətdə İran sözünü işlədirlər. Bütün bunlar bizim bütövlük şüurumuzu yaraladı. Bu gün neçə faiz insan tarixi bütövlük şüurunu daşıyır? Yəqin ki, çox az. Faciəmiz də bundadır”.

Qeyd edək ki, 1828-ci il fevralın 10-da Qacar imperiyası ilə Rusiya imperiyası arasında Türkmənçay müqaviləsi imzalanıb.(Teleqraf.com)

Bölmənin digər xəbərləri

13 Fevral 2019 "Biz əvvəl şəhərlərimizi, sonra dövlətimizi işğaldan azad etdik" - Arif Hacılı
02 Fevral 2019 “Həmin gün müxalifətdən gedərəm” - Müsahibə
30 Yanvar 2019 "Çətin ki, CAR-da Mandelanın əlində silah şəkillərini paylaşan bir Sevinc Osmanqızı olsun" - İsgəndər Həmidov
23 Yanvar 2019 "Azərbaycandan Suriya, yaxud Səudiyyə Ərəbistanı yaratmaq olmaz" - Gültəkin Hacıbəyli
18 Yanvar 2019 “Yasəmən xanım Qərb əleyhinə məqaləsini ona görəmi məhz bu günlərdə yazıb?” – Mustafa Hacıbəyli
15 Yanvar 2019 "Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!"
10 Yanvar 2019 “Gəlirlərin deklarasiyası verilsə, onda bu ölkədə dəhşət olacaq”- SOCAR-da aparılan yoxlamaya münasibət
07 Yanvar 2019 "Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-si təqaüd almadan dünyasını dəyişəcək” -İqtisadçı
02 Yanvar 2019 Hər kəsin üzərində olan borc - QARABAĞ MÜKƏLLƏFİYYƏTİ
18 Dekabr 2018 ABŞ-dan Gülən açıqlaması
14 Dekabr 2018 QAT Yəməndə baş verənlərlə bağlı dünya birliyinə müraciət ünvanlayıb
03 Dekabr 2018 QUBAD İBADOĞLU 2019-CU İLİN BÜDCƏSİNİ TƏHLİL ETDİ:“Xərclər bölgüsü ədalətsizdir, qapalıdır, infliyasiya yaradacaq”
29 Noyabr 2018 Arif Hacılı: “Bu rüsvayçılığa son qoyulmalı, şəhid ailələrinin sığorta haqqları dərhal ödənilməlidir!”
14 Noyabr 2018 "Azərbaycan təcrid olunur" - ARİF HACILI
07 Noyabr 2018 "Hacı Şahinə hörmətim olsa da, İslam dini meyxana dini deyil" - Seyyid İsa Ələkbər
03 Noyabr 2018 4 nəhəng ABŞ-a qarşı birləşdi: Bjezinski xəbərdar etmişdi
30 Oktyabr 2018 Qoyunun bir hissəsini Milli Məclisə verməliyəm? – Deputat
29 Oktyabr 2018 "Gürcü xalqı da rus nökəri olan İvanaşvili rejiminə yox dedi" - OSMAN KAZIMOV
23 Oktyabr 2018 “Ödənişli təhsil sistemindən çıxmaq lazımdır” İLHAM İSMAYIL
15 Oktyabr 2018 "Hələ 10 metr torpaq alınmayıb, siz sinənizi doldurmusunuz medallarla" -POLKOVNİKDƏN SƏRT İTTİHAM
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.