Xəbər lenti

mitinq_qarabag.jpg
Qarabağ Komitəsinin üzvləri Akif Nağı, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İlham İsmayıl, Tural Abbaslı, Sahib Kərimlinin imzaları ilə dekabrın 15-də Qarabağ mitinqinin keçirilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndərilib.

 Müraciətdə göstərilir:

“Biz aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və Digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə Ictimai dəstəyi nümayiş etdirmək, haqlı mövqeyimizi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Qarabağ mitinqinin 2018-ci il dekabrın 15-də, saat 15 00 dan 1700 dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur. Mitinqdə «Qarabağa Azadlıq!», «Ya Qarabağ, ya ölum!», «Qarabag bizimdir, bizim qalacaq!», «Qarabağda antiterror əməliyyatının başlanılmasını tələb edirik!», «Köçkün və qaçqınların yurda qayıdışı təmin edilsin!», «Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq. Xahiş edirik ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz”.

Bölmənin digər xəbərləri

14 Dekabr 2018 Akademik Xudu Məmmədovun doğum günüdür
12 Dekabr 2018 Bu gün “21 Azər” Hərəkatının ildönümüdür
11 Dekabr 2018 Atəşkəs 24 dəfə pozulub
10 Dekabr 2018 10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür
09 Dekabr 2018 Hacıbəylinin varisləri Azərbaycanın tarixi ilə tanış olublar
08 Dekabr 2018 Rusiyaya qaçan Ukraynalı deputat: Rusiya Ukraynaya ordu yeritsin
07 Dekabr 2018 Cümhuriyyət parlamentinin tarixi və tərkibi
07 Dekabr 2018 Erməni terrorçuları işğal etdikləri ərazilərdən mövqelərimizi atəşə tutub
06 Dekabr 2018 Erməni terrorçuları işğal etdikləri ərazilərdən mövqelərimizi atəşə tutub
04 Dekabr 2018 “Günəşli” faciəsindən 3 il ötür: 22 neftçi hələ də tapılmayıb
04 Dekabr 2018 Erməni terrorçuları işğal etdikləri ərazilərdən mövqelərimizi atəşə tutub
03 Dekabr 2018 Ermənilər cəbhədə təxribat törətdi
30 Noyabr 2018 "Ermənilərlə qohumluq əlaqələri də qurmağı bacarmalıyıq" - Diaspor təşkilatımızın rəhbəri
30 Noyabr 2018 Əliyev Zurabişvilini təbrik edib
29 Noyabr 2018 GÜRCÜSTANDA SEÇKİNİN RƏSMİ NƏTİCƏLƏRİ AÇIQLANDI
26 Noyabr 2018 Tehran şovinistlərindən Bakıya təxribat: “Artsaxe...” - Video
17 Noyabr 2018 Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
15 Noyabr 2018 Eldar Əzizov Bakı meri oldu – Sərəncam
13 Noyabr 2018 Bu gündən Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 2018 Erməni terrorçuları işğal etdikləri ərazilərdən mövqelərimizi atəşə tutub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.