Xəbər lenti

mehherr.jpgRusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqova ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib.

Rusiya televiziyalarından birinin efirində qonaq olan M.Sadıqova bu barədə fikir səsləndirib. Verilişdə Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan-Ermənistan münasibətlərinə toxunulub. Canlı efirdə çıxış edən “AzərRos” prezidenti Dağlıq Qarabağ münaqişəsinin Rusiyada yaşayan azərbaycanlı və ermənilərlə heç bir bağlılığı olmadığını iddia edib.

O deyib ki, Azərbaycan xalqının Rusiyada yaşayan ermənilərlə heç bir problemi yoxdur:

“Rusiyada yaşayan ermənilər bizim dostlarımızdır. Onlarla bizim aramızda heç bir problemimiz olmayıb və olmayacq da. Biz onlarla hətta qohumluq əlaqələri də qurmağı bacarmalıyıq. Buna görə də, Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında dostluq münasibətləri qurulmalıdır. İki xalq arasında birgə əməkdaşlıq fəaliyyəti gücləndirilməlidir. Birlikdə layihələr həyata keçirməli və iki xalq arasında dostluq münasibətlərini inkişaf etdirməlidirlər”.

M.Sadıqova canlı efirdə Qarabağ münaqişəsi zamanı övladlarını itirən analara və valideynlərini itirən övladlara da səslənib. Sadıqova onların bu məsələ ilə gec barışacağını dilə gətirib:

“Müharibə heç vaxt bu qədər uzun davam edə bilməz. Xalqlar arasında barışıq olmalıdır, dostluq münasibətləri qurulmalıdır. Biz sübut etməliyik ki, düşmənçiliklə heç bir nailiyyəti əldə edə bilmərik. Biz gənc nəsilə bunu izah etməliyik ki, bizim ermənilərlə heç bir problemimiz yoxdur. Uşaqlara başa salmalıyıq ki, biz ermənilərlə dost olmalıyıq. Ermənilər pis insanlar deyil, onlar ürəyi təmiz, saf insanlardır. Bizim Bakıda onlarsız bir günümüz olmazdı. Biz onlarla bir süfrə arxasında oturub duz-çörək kəsmişik”.

Qeyd edək ki, bir müddət əvvəl Mehriban Sadıqova qızını erməniyə ərə verən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu dəstəklədiyini də bildirmişdi. M.Sadıqova Kərimovun erməni ilə quda olmasına görə heç bir cinayət xarakaterli davranış nümayiş etdirmədiyini qeyd edərək erməni qudaya da xeyir-dua diləyib.

Xatırladaq ki, Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar və söz sahibi olan azərbaycanlı diaspor nümayəndələri arasında M.Sadıqovanın vəzifəsinin öhdəsindən gələ bilmədiyi müzakirə mövzusuna çevrilib. /Diaspor.az

Bölmənin digər xəbərləri

14 Dekabr 2018 Akademik Xudu Məmmədovun doğum günüdür
12 Dekabr 2018 Bu gün “21 Azər” Hərəkatının ildönümüdür
11 Dekabr 2018 Atəşkəs 24 dəfə pozulub
10 Dekabr 2018 10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür
09 Dekabr 2018 Hacıbəylinin varisləri Azərbaycanın tarixi ilə tanış olublar
08 Dekabr 2018 Rusiyaya qaçan Ukraynalı deputat: Rusiya Ukraynaya ordu yeritsin
07 Dekabr 2018 Cümhuriyyət parlamentinin tarixi və tərkibi
07 Dekabr 2018 Erməni terrorçuları işğal etdikləri ərazilərdən mövqelərimizi atəşə tutub
06 Dekabr 2018 Erməni terrorçuları işğal etdikləri ərazilərdən mövqelərimizi atəşə tutub
05 Dekabr 2018 Qarabağ Komitəsi mitinq üçün yenidən müraciət etdi –10 min nəfərin iştirakı ilə Yasamalda
04 Dekabr 2018 “Günəşli” faciəsindən 3 il ötür: 22 neftçi hələ də tapılmayıb
04 Dekabr 2018 Erməni terrorçuları işğal etdikləri ərazilərdən mövqelərimizi atəşə tutub
03 Dekabr 2018 Ermənilər cəbhədə təxribat törətdi
30 Noyabr 2018 Əliyev Zurabişvilini təbrik edib
29 Noyabr 2018 GÜRCÜSTANDA SEÇKİNİN RƏSMİ NƏTİCƏLƏRİ AÇIQLANDI
26 Noyabr 2018 Tehran şovinistlərindən Bakıya təxribat: “Artsaxe...” - Video
17 Noyabr 2018 Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
15 Noyabr 2018 Eldar Əzizov Bakı meri oldu – Sərəncam
13 Noyabr 2018 Bu gündən Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 2018 Erməni terrorçuları işğal etdikləri ərazilərdən mövqelərimizi atəşə tutub
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.