Xəbər lenti

abbaslistaz7.jpg
Güney Azərbaycan şəhərlərində tanınmış azərbaycanlı fəal Abbas Lisaninin qanunsuz saxlanmasına qarşı etirazlar davam edir.

Xalxallı milli-mədəni fəallar digər Azərbaycan şəhərlərində olduğu kimi, divarlara şüarlar yazaraq tanınmış fəalın qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

Şəhərin müxtəlif məntəqələrində “Abbas Lisani azad olunsun”, “Biz hamımız Abbas Lisaniyik”, “Yaşasın Abbas Lisani” və s. kimi şüarlara rast gəlindiyi bildirilir.

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Zindanının karantin bölümünə aparılıb. Fəal saxlandığı gündən aclıq aksiyasına başlayıb.

Tanınmış fəalın saxlanmasına qarşı etirazlar ara vermir. Azərbaycanlı fəallar “Biz hamımız Abbas Lisaniyik” adlı kampaniya başladaraq ərdəbilli fəalın qeyd-şərtsiz azadlığa buraxılması ilə bağlı danışdıqları videoları internetdə yayırlar.

Ötən günlərdə Ərdəbil, Təbriz, Urmiyə, Mərənd, Əhər, Tehran, Muğan, Çaypara, Sulduz və s. kimi şəhərlərdə Abbas Lisaninin qanunsuz saxlanmasına etiraz olaraq divarlara oxşar şüarlar yazılıb, posterlər yayılıb və plakatlar nümayiş etdirilib.

Bölmənin digər xəbərləri

12 Fevral 2019 “Orada azərbaycanlılara qarşı bütün vəhşilikləri edirlər” – Sabir Rüstəmxanlı
04 Fevral 2019 Abbas Lisaniyə azadlıq!
11 Yanvar 2019 İranda azərbaycanlı fəallar məhkəməyə çağırıldı
07 Yanvar 2019 İranda ləhcə tədris olunacaq, Azərbaycan dili isə...
05 Yanvar 2019 Azərbaycanlı fəal azadlığa buraxıldı, bir gün sonra isə...
24 Dekabr 2018 Azərbaycanlı fəal məhkəməyə çağırıldı
18 Dekabr 2018 6 türk fəal Təbriz və Urmiyə zindanlarına göndərilib
14 Dekabr 2018 İranlı deputat Bakıda Urmiya gölündən danışdı
08 Dekabr 2018 Güneyli deputatlar kürd valiyə qarşı - Cilovluq qırğını
05 Dekabr 2018 Polisdən xəbərdarlıq: Peyk antenalarını yığışdırın
29 Noyabr 2018 İran hicaba görə həbs edilən azərbaycanlı tələbə barədə QƏRAR VERDİ
27 Oktyabr 2018 Tomris ana həbs edildi - Mərənddə
24 Sentyabr 2018 "Bu güllə çağında lütf edirsən, açırsan gül!" - Zöhrə Məzluminin yaradıcılığına ötəri bir baxış
06 Sentyabr 2018 “Səni deyirlər”in ifaçısı Şəhriyarı təkzib etdi - “Mahnı 25 il əvvəl oxunub”
27 Avqust 2018 Azərbaycanlı xanım tələbə sözə görə həbs edildi
20 Avqust 2018 Xalqımızı təhqir edən veriliş heyəti efirə qayıdır - Şok
17 Avqust 2018 İrandan azərbaycanlılara qarşı addım: 72 illik həqiqət silinir
14 Avqust 2018 İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı
09 Avqust 2018 İranda ara-sıra nümayişlər davam edir
05 Avqust 2018 “Güney Azərbaycan ayağa qalxacaq” – İranlı politoloq
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.