Xəbər lenti

milli_meclis.jpg
Xorvatiya parlamenti “Dövlət xidməti” haqqında qanuna əlavələri təsdiq edib. Əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək. Qanun layihəsinin müəllifi Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.

 Maraqlıdır, bu qanun ölkəmizdə qəbul edilsə, millət vəkillərinin münasibəti necə olar?

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda da belə bir qanun qəbul edilsə, birinci qoşulanlardan olar:

“Bunu özüm üçün hər hansı bir məhdudiyyət hesab etmərəm. Amma bu qanun heç də millət vəkilləri və cəmiyyəti yaxınlaşdırmağa xidmət edən yeganə vasitə deyil. Millət vəkili, dövlət qulluqçusunun cəmiyyətlə münasibətlərini yaxşı qurması üçün başqa vasitələr də var. Millər vəkillərinin əhali ilə görüşlərinin keçirilməsi, vaxtaşırı cəmiyyətin arasında olması, telefon zənglərinə açıq olması da bu vasitələrdən biridir”.

A.Mirzəzadə avtomobilsiz ailədə böyüdüyünü də deyib:

“Milli Məclisin deputatı seçilənə qədər mənim nə şəxsi, nə də xidməti maşınım olub. Ona görə də avtomobilsiz həyat mənim üçün adi bir normadır. Hazırda xidməti maşından istifadə edirəm, bununla belə avtomobilsiz fəaliyyət göstərə bilərəm”.

Millət vəkili Aqil Abbas isə bu qanunun qəbulunun doğru olmadığını bildirib:

“Azərbaycanın qanunvericiliyində millət vəkillərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsini təmin edən maddə var. Amma insanlara nəyisə qadağan etmək heç də demokratiyanın göstəricisi deyil. Şəxsi maşınından istifadədən məhrum edilməsi insanın şəxsi azadlığına, həyatına müdaxilədir. Demokratik ölkədə belə bir qadağa tətbiq oluna bilməz. Onda Xorvatiyanın prezidenti də, digər məmurları da şəxsi avtomobil istifadəsindən məhrum edilsin.

Doğrudur, praktikada məmurların işə piyada, velosipedlə, metro və digər ictimai nəqliyyat vasitələri ilə getməsi maraqla qarşılanır. Məsələn, Hollandiyada bəzi vaxtlar məmurlar, hətta baş nazir velosipedlə işə gedir. Amma bu o demək deyil ki, onlar şəxsi avtomobil istifadəsindən məhrum edilib. Nəyisə qadağan etmək sivil dövlətlərin işi deyil”.

Aqil Abbas da ictimai nəqliyyatdan istifadə etdiyini qeyd edib:

“Elə yer olur ki, ora avtomobillə getmək sərf eləmir, buna görə də metrodan istifadə edirəm. Amma mənim 1987-ci ildən şəxsi avtomobilim olub. Mənim üçün avtomobil məni A-dan B-yə aparan vasitədir. Digər tərəfdən maşını olmayan deputatlar çoxdur. Milli Məclisə avtobusla gələn deputatlar var. Bütün millət vəkillərinin şəxsi avtomobili yoxdur. Məsələn, Aydın Mirzəzadənin, Tahir Kərimlinin, Fazil Mustafanın adını çəkə bilərəm”.

Millət vəkili Elman Nəsirov da belə qərarın qəbul edilməsini müsbət qarşılamayanlardandır:

“Əvvəla bir şeyi qeyd edim ki, Xorvatiya, ümumiyyətlə, dünya miqyasında nümunə, model ola biləcək dövlət deyil. Hesab edirəm ki, biz inkişaf etmiş dövlət sırasında olmağı özümüzə hədəf seçmişik.

Avtomobili hansısa bir zinət əşyası kimi qəbul etmək lazım deyil, bu, sadəcə həyat tərzidir. Biz gün ərzində çoxsaylı tədbirlərdə iştirak edirik, digər tərəfdən tez-tez seçicilərlə görüşmək üçün rayonlara gedirik. Məsələn, bugünkü iş rejimimi deyim. Səhər 10:00-da İlahiyyat İnstitutunun 1 illiyi ilə bağlı tədbirdə iştirak və çıxış; 11:00 Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Azərbaycandakı daimi nümayəndəliyində keçirilən tədbirdə iştirak və çıxış; 13:30 Xəzər TV-də çəkiliş; 15:00-da SƏS Agentliyində keçirilən toplantıda iştirak və çıxış... Fikir verirsiniz, hətta mənim nahar etməyə fiziki baxımdan vaxtım qalmır. Bizim üçün zaman məsələsi həlledicidir. Ona görə də hesab edirəm ki, avtomobil millət vəkilinə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün lazımdır”.
Sozcu.az

Bölmənin digər xəbərləri

16 Fevral 2019 Müxalifət yeni mitinqinin tarixini açıqladı
16 Fevral 2019 Sürət Hüseynov Xalq Hərəkatına gətirilir? - İxtiyar Şirindən SENSASION açıqlama
16 Fevral 2019 Çeçenistanın naziri Moskvada baş vermiş hadisə barədə danışdı - VİDEO
15 Fevral 2019 Məşhur aktyor "Diriliş Ertuğrul"dan gedir
15 Fevral 2019 DYP əməkdaşı sürücü olmayan tələbəyə 5 protokol yazıb -Açıqlama
14 Fevral 2019 Soçidə Ərdoğan və Putindən ilk açıqlama
14 Fevral 2019 "Bizi Elman Nəsirovun zülmündən xilas edin" - YAP üzvünün müraciəti
13 Fevral 2019 "MKT-Ucar" filialının bağlanmasına imkan verməyin" - Dövlət başçısına müraciət -VİDEO
12 Fevral 2019 İş adamı məcburi məhkəməyə gətiriləcək - Oğlu şəhid qızını vurub öldürmüşdü
11 Fevral 2019 "Bu ədalətsizliyi Allah da götürməz" - Keçmiş FHN əməkdaşının müraciəti
10 Fevral 2019 Həbsxana həyatı ilə bağlı inanılmaz həqiqətlər: alçaldılmışlar, “çuşkalar” və...
09 Fevral 2019 "Ukrayna vahidləşə bilməz" -Rus politoloq
07 Fevral 2019 Hakimdən həyasız cavab: Qorxmayın, cənazəsini verəcəyik
07 Fevral 2019 Rüstəm Behrudidən Abbas Lisaniyə dəstək - VİDEO
06 Fevral 2019 Putin Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
06 Fevral 2019 Türkiyə “S-400” komplekslərini payızda qəbul edəcək
06 Fevral 2019 "İşgəncəyə, zorakalığa, şiddətə göz yummayan hər kəsi toplantıda iştiraka dəvət edirik!"
05 Fevral 2019 Azərbaycanda meşələrdən meyvə yığmaq qadağan edildi - CƏRİMƏLƏR
05 Fevral 2019 Gürcüstan Ermənistana quru yolu açır:"Bu, Tiflisin Bakıya növbəti “mesajı” olacaq”
04 Fevral 2019 Küçəyə atılan iki körpənin anası tapıldı
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.