Xəbər lenti

huseynnmell8.jpgHüseyn Məlikin həbsi ilə bağlı ADR Hərəkatı bəyanat yayıb:

Bu gün gecə saatlarında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü,ictimai-siyasi fəal Hüseyn Məlikin yaşadığı evə mülki geyimli şəxslər hücum etmiş,evin qapısını sındıraraq onu zorla maşına mindirmiş və naməlum istiqamətə aparmışlar.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə günorta saatlarında məhkəmənin qərarı ilə Hüseyn bəyə 25 sutka həbs cəzası verilmiş və Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilmişdir..ADR Hərəkatı baş verən hadisəni Hüseyn Məlikin həm ictimai həyatda,həm də sosial şəbəkələrdəki siyasi fəallığı ilə əlaqələndirir,bunu hakimiyyət tərəfindən insan oğurluğu və fərdi azadlıqların pozulması kimi dəyərləndirir.

Təsadüfi deyil ki,H.Məlikin şəxsi Facebook səhifəsindəki statusları 29 may 2016-cı il tarixinə qədər silinmişdir.Bu da məhkəmənin Hüseyn bəyə hansı ittiham irəli sürməsindən asılı olmayaraq onun ictimai-siyasi fəaliyyətinə yönəlik hərəkətlərinə görə cəzalandırıldığını, insan haqlarının, fikir azadlığı və ifadə edilməsi hüquqlarının pozulduğunu açıq şəkildə sübut edir və məhkəmənin siyasi sifariş yerinə yetirdiyini təsdiqləyir.

Odur ki,ADR Hərəkatı son dövrlər siyasi fəallara,açıq fikirli insanlara qarşı hakimiyyətin apardığı repressiv siyasəti pisləyir və Hüseyn Məlik də daxil olmaqla olmaqla bütün siyasi məhbusların tezliklə azad olunmasını tələb edir.

Baki şəhəri 05 dekabr 2018-ci il

Bölmənin digər xəbərləri

18 Dekabr 2018 Bakının magistral yollarında sürət həddi endirildi
18 Dekabr 2018 ABŞ-dan Gülən açıqlaması
16 Dekabr 2018 Zaurdan qəhramanımızı təhqir edənə cavab: Nəcis yeyən iti öldürmürlər...!
16 Dekabr 2018 Ərdoğanın Menbiçdə əməliyyatlara başlayacağını bəyan etməsi AB-ni hərəkətə keçirdi
15 Dekabr 2018 "Təmas xəttinə nəzarətin MN-dən alınıb DSX-ya verilməsi ağır nəyicələr doğura bilər"
14 Dekabr 2018 Trampın Bakıya göndərmək istədiyi səfir Senatda sorğu-sual edildi
12 Dekabr 2018 Qənirə Paşayeva Çavuşoğluna təşəkkür etdi
07 Dekabr 2018 Banklar dollar satışından imtina edir?
07 Dekabr 2018 Azərbaycan Cümhuriyyəti Parlamenti - 100
06 Dekabr 2018 Ağdamda təhsil mərkəzinin yanında "bomba" var: FHN hara baxır?
04 Dekabr 2018 İsgəndər Həmidov xəstəxanaya yerləşdirildi –Ürəyində problem yaranıb-FOTO
03 Dekabr 2018 Erməni vəzifədən çıxarıldı, yerinə azərbaycanlı seçildi
02 Dekabr 2018 Putin G20-də son nöqtəni qoydu: Müharibə davam edəcək
01 Dekabr 2018 "Hakimiyyətin Müsavata qarşı basqıları davam edir" - Müsavat başqanı
29 Noyabr 2018 QAT Ermənistana səfər edənləri qınadı
28 Noyabr 2018 Gürcüstandakı seçkilərlə bağlı araşdırma aparılır" - Nazir açıqladı
27 Noyabr 2018 Şəhid ailələrinin aksiyasını işıqlandıran jurnalist həbs edildi
27 Noyabr 2018 ABŞ Putin və Poroşenkonu birbaşa danışıqlara çağırdı
24 Noyabr 2018 Qarabağ Komitəsi bəyanat yaydı, mitinq olmayacaq
18 Noyabr 2018 Fazil Məmmədov tanınmaz halda – FOTO
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.