Xəbər lenti

b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_rauff.jpgSozcu.az saytına Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovdan şikayət daxil olub. Şikayət edən şəxs isə 1995-ci ilə Rövşən Cavadova qarşı döyüşən keçmiş hərbiçi Rauf Hüseynovdur.  

Maraqlı olan isə Rauf Hüseynov özünün yazdığı kimi Rövşən Cavadovu yaralayan və onun ölümünə səbəb olan şəxsdir 

Həmin məktubu olduğu kimi təqdim edirik:

Hörmətli Redaksiya!

Göyçay rayon Təhsil şöbəsində korrupsiya özbaşınalıq höküm sürür.Təhsil şöbəsinin müdiri Elnur İsmayılov burada heç kimdir, çünki burada bütün işləri Sabirabad rayon İcra başçıs Nazim İsmayılovun qudası Rüstəm Talıbov idarə edir.Rüstəm Talıbovun vəzifəsi müdirin köməkçisi olsada qudası Nazim İsmayılovun himayəsi altında Göyçay təhsilini iflic edib.Nəticədə Göyçay rayon məktəblərində saxtakarlıq korrupsiya halları baş alıb gedir.
Mənim həyat yoldaşım Hüseynova Təranə Arif qızı, 1996-cı ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olub və 2000-ci ildə bitirib.Təyinatla Göyçay şəhər Vüqar Əiyev adına 8 saylı ümumi orta məktəbə ana dili və ədəbiyyat fənni üzrə müəllim göndərilmişdir və fasiləsiz olaraq həmən məktəbdə 2010 ilə qədər müəllimə kimi çalışmışdır. Mənimlə ailə qurduqdan sonra həmin vaxt Sərhəd Qoşunlarında zabit kimi xidmət etdiyim üçü işimlə bağlı həyat yoldaşım işdən çıxdı. Mən ordu sıralarından xəstəliyimlə bağlı 2013-cü ildə, ehtiyata buraxıldıqdan sonra, həyat yoldaşım, yenidən 25 fevral 2014-cü ildə müqavilə ilə, həmin 8 nömrəli məktəbə işə gayıdıb, hal-hazırda 3 il 3 ay işləyir və 13 il iş stajı var. Lakin Rayon Təhsil Şöbəsinin rəhbəri Elnur İsmayılov və məsləhətçisi Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılovun qudası Rüstəm Talıbov, mənim yoldaşımı diaqnostik qiymətləndirməyə buraxmadılar. Əsas isə onu gətirdilər ki, Təhsil Naziri Mikayıl Cabbarov 19 aprel 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunan vaxtdan, şifahi göstəriş verib ki, müqavilə ilə işə götürülənləri qiymətləndirməyə buraxılmasın.Nə üçün onda 2010, 2011, 2012, 2013 –cü illərdə ali təhsil ocaqlarını və kollecləri bitirmiş, eyni zamanda işə qəbul olunmaq üçün heç bir imtahan verməmiş, müqavilə ilə işə götürülüb və diaqnostik qiymətləndirilməyə buraxılırlar, lakin mənim həyat yoldaşım 13 il iş praktikası var, hərbiçinin həyat yoldaşı ola-ola ona güzəşt olunmur və diaqnostik qiymətləndirilməyə buraxılmır. Bu azmış kimi Elnur ismayılov, Rüstəm Talıbov və Təhsil Nazirliyinin əməkdaşı Eşqin Bağırov kimiləri Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun adından istifadə edərək, mənə və yoldaşıma bildiriblər ki, 13 ildən artıq iş praktikasına baxmayaraq yeni tədris ilindən işdən azad olunacaq. Mən bu barədə 29 mart 2017-ci il tarixində Təhsil Naziri Mikayıl Cabbarova Azəraycan Respublikası Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq “Müraciət etmək hüququ” ilə müraciət ünvanlandırsamda indiyəqədər baxılmayıb.Hansı ki, vətəndaşların müraciətlərinə 15 iş günü müddətində baxılıb və rəsmi cavab verilməlidir.

Hal-hazırda ali təhsil almış insanlar diaqnostik qiymətləndirməyə buraxılmır, amma çoxlu sayda kolleci bitirən şəxslər işlə təmin olunurlar o zaman nə üçün əziyyət çəkib ali təhsil alırıq, elə onda bütün ali təhsil ocaqları bağlansın və kolleclərə yer verilsin, çünki Göyçayın ağıl sarıdan əziyyət çəkən təhsil şöbəsinin rəhbərliyi belə xaos yaradıb və bilərəkdən əhalinin böyük ziyalı hissəsini cənab Prezidentimiz İlham Əliyevin üstünə düşünülmüş şəkildə qaldırırlar.

1995-ci ilin məlum mart hadisələrində mən Sərhəd Qoşunları Fakültəsinin 3-cü kursunda təhsil alırdım və Ali Baş Komandan Ümümmilli Lider prezident Heydər Əliyevin əmri ilə XTPD (omon) qarşısında öz döyüş yoldaşlarımla və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəhruz Mansurovla sipər olduq və XTPD niyyətinə çatmağa imkan vermədik.Həmin döyüşdə Bəhruz Mansurovun ölümü məni çox qəzəbləndirdi və mən Rövşən Cavadova açdığım güllə ilə onu yaraladım, sonralar o qanitirmədən dünyasını dəyişdi.

Həmin vaxt məndə bir çox döyüşçü dostlarımla, bizə verilən mükafatlardan imtina etdik və düşünə bilməzdim ki, 22 il sonra mən heç kimə lazım olmayacam və bugün Rüstəm Talıbov kimiləri mənim Heydər Əliyevin siyasi kursuna sadiq qalıb Rövşən Cavadovu həbs etməyimi qınayacaqlar.Çünki Rüstəm Talıbovun arrxasında Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov durub. İndi kim zamanət verər ki, Lələtəpə əməliyyatında mərdlik göstərən və mükafatlardan imtina edən igid oğullarımız 22 ildən sonra hansı məmur özbaşınalığı ilə üzləşəcəklər? Belə hadisələri eşidən və bilən şəxslər düşmən tapdağında olan 20 faiz torpaqlarımızın azadlığına can atacaqmı ?

Əgər Rövşən Cavadov qalib gəlsəydi o zaman Mikayıl Cabbarov Təhsil Naziri, Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov, Göyçay Rayon Təhsil Şöbəsinin direktoru Elnur İsmayılov və məsləhətçisi Rüstəm Talıbov bu vəzifələrə təyin olunacaqdırlar ?

Sizdən xahiş edirəm mənim hüququmu qorumaqda mənə köməklik göstərəsiniz və bu şikayətimi ictimaiyyətləşdirəsiniz. Cənab Prezident İlham Əliyevdən və Birinci Vitse-Prezident Mehriban Əliyevadan mənim bu şikayətimi araşdırmalarını xahiş edirəm.

Hörmətlə Rauf Hüseynov keçmiş hərbi zabit
b_800_600_0_00_images_xeber_sekilleri_1mart2017_rauff2.jpg

Bölmənin digər xəbərləri

18 Dekabr 2018 Azərbaycandan Türkiyə ali məktəblərinə attestatla qəbul dayandırılır –Rəsmi sənəd
17 Dekabr 2018 Mingəçevirə yeni icra başçısı təyin olundu –SƏRƏNCAM
14 Dekabr 2018 Cavid Qurbanovun rəis qardaşı işdən çıxarıldı - Yeni təyinat
13 Dekabr 2018 Avtomobildə siqaret çəkənlərin diqqətinə! - Cərimə oluna bilərsiniz
12 Dekabr 2018 Tural Abbaslı "Qarabağ Komitəsinin" sədri oldu
07 Dekabr 2018 DTX əhaliyə xəbərdarlıq etdi: belə hallar yaranarsa, quruma müraciət edin
07 Dekabr 2018 Yasamaldakı “tükürpədici ölüm” faktının gizlinləri-FOTO-VİDEO
06 Dekabr 2018 Fransa şokda: "Sarı jiletlilər" çevrilişə və öldürməyə gəlir
06 Dekabr 2018 AÇG və Şahdəniz yataqlarından nə qədər gəlir əldə edilib? –ARDNF açıqladı
06 Dekabr 2018 İDLİB DÜYÜNÜ HƏLƏ DƏ ÇÖZÜLMƏZ QALIR –Rusiyanın səbri tükənir, Türkiyə möhlətin uzadılmasını istəyir - TƏHLİ
06 Dekabr 2018 ABŞ Qara dənizə hərbi gəmi göndərir –Pentaqon Türkiyə hökumətindən icazə istəyir
05 Dekabr 2018 Rusiya bu raketlərin Azərbaycana satışından imtina etdi
05 Dekabr 2018 Dövlət Himnini oxumamaq məsuliyyətə səbəb olacaq
05 Dekabr 2018 Elşad İskəndərova yeni vəzifə verildi
04 Dekabr 2018 Ermənistan Su-25-i yerə çırpıldı: meyitlər və qalıqlar tapıldı
04 Dekabr 2018 “Stratfor” gələn üçün siyasi proqnozlarını açıqladı:Geosiyasi mühitin kəskinləşməsi Türkiyəyə başağrısı yaradacaq
04 Dekabr 2018 Hökumət hərbi vəziyyət şəraitində telekanal, radio, poçt və digər rabitə vasitələrinin necə fəaliyyət göstərməsi haqda qaydaları təsdiqlədi –Detallar
03 Dekabr 2018 AFFA-dan UEFA-ya: Xəritə səhvini düzəldin, Naxçıvan...
02 Dekabr 2018 Bu ölkələrə vizasız gedəcəyik - Siyahı
30 Noyabr 2018 Azərbaycanda kredit borcları ilə bağlı 400 minə yaxın məhkəmə qərarı çıxarılıb
© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.