İmişlidə etiraz aksiyası – Foto

İmişli rayonunda Şəkər Zavodunun qarşısında etiraz aksiyası keçirilib.

Sozcu.az xəbər verir ki, aksiyanı keçirənlər zavodun işdən çıxarılan işçiləridir. İmişlidən aldığımız məlumata görə, zavodun 100-dən artıq işçisi işdən çıxarılıb.

“Deyirlər ixtisara düşmüsünüz. Amma hansı səbəbdən ixtisar etdiklərini demirlər”, – deyə işdən çıxarılanlar bildirib.(Yeni Sabah)

Facebook Comments