İmişlidə Heydər Əliyev parkı satılıb

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti xanım Mehriban Əliyeva cənablarına

Azərbaycan Respublikasının Əhalinin Əmək və Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə

Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Oktay Şirəliyevə

Azərbaycan Respublikasının Vergilər naziri cənab Mikayıl Cabbarova

Azərbaycan Resoublikası Ekologiya və Təbii Səvətlər naziri cənab Muxtar Babayevə

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

ADP İmişli rayon təşkilatının sədri Lətif Vəliyevküçəsi 38-də yaşayan keçmiş siyasi məhbus Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən

ŞİKAYƏT və AÇIQ MƏKTUB

Bundan əvvəl Sizlərə ərizə, şikayətlərlə dolu faktlar əsasında İmişlidə baş vermiş korrupsiya, rüşvətxorluq, yiyəsizlik, biganəliklər və s. barədə yazılar göndərmişdim. Hesab edirdim ki, tədbirlər görüləcək satilmış parklar, xiyabanlar, örüş yerləri təftiş edilərək H.Əliyev parkını satanlar, Şəhidlər Xiyabanının adını inkar edənlər məsuliyyətə cəlb olunmasalarda (???) ən azından ictimayət qarşısında məzəmmət ediləcəklər. Bu nazirliklərin rəhbərləri vaxtında tədbir görsəydilər, şikayətçi olduğum bu nazirliklərin yerli kiçik padşahları tənbeh olunsaydı kadr siyasətində ciddi dəyişikliklər baş verərdi. Məndə siyasi məhbus olmazdım. İndi faktlarla Sizi məlumatlandırıram. Speys tv-də “dərdinizi bizə danışın” verlişində bir fəhlə qadının İmişli spirt və konyak zavodunda “Azər Alko” MMc-də avtokarla vurulub öldürülməsi və ölümünün səbəbi 13 gün gizlədilərək guya ürəktutmasından vəfat etməsi barədə arayış verənləri ifşa edən və fəryad qoparan qadının ailə üzvlərinin verlişinə mən də baxdım. Məni 5 ay azadlıqdan məhrum etdirən həmən zavod sahibi idi. Aiilə üzvülərinin razılığı və bildirdikləri faktlar barədə araşdırmalar apararaq dəhşətə gəldim. Vergilər Nazirliyinin “qara mühasibat” barədə verdiyim və KİV-də yazdığım faktları yoxlamadığından zavod sahibi mənim üstümə şığıdı və məhkəmədə “qara mühasibat” faktı böhtan kimi “qiymətləndirildi (?) Ekologiya nazirıiyi mənə həbsdən sonra (?) məktub göndərdi ki, zavodda təmizləyici qurğu olmadığından çirkli maddələr 200 kv.m-lıq qazılmış dərəyə tökülür və qoxu verir. adıçəkilən nazirlik 2015-ci ildə mənə göndərdiyi məktublarda yazırdı ki, təmizləyici qurğu 2016-cı ildə, 2016-cı ildə yazırdılar ki, 2017-ci ildə, 2017-ci ildə yazırdılar ki, 2018-ci ildə quraşdırılacaq və s. sanki zavod sahibinə yalvarırdılar ki, təmizləyici qurğu quraşdırın və bizim yaxamızı İmişlilərin əlindən alın. Axırda naəlac qalıb mənə məktub ünvanladılar ki, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edim. Verlişdən və mərhumun ailə üzvlərinin şikayət məktublarından və mənə bildirdiklərindən məlum oldu ki, mərhum bacımız heç müqaviləsiz işləyib və onun adı elektron sisteminə otuzdurulmayıb. Əmək qanunvericiliyinə əsasən əgər vətəndaşın əmək predmetləri elektron sisteminə otuzdurulmayıbsa müqavilə olsa belə onun heç bir hüququ əsası yoxdur. Əmək nazirliyinin 14 saylı ərazi idarəsinin rəisi ailə üzvülərinə məktub ünvanlayırlar ki, zavod (MMC) İmişli məhkəməsinə verilib. Niyə İmişli məhkəməsinə?! Axı hüquqi şəxslərin işlərinə inzibati-iqtisadi məhkəməsi baxmalıdır. Məni həbs edən İmişli məhkəməsi də bu işə baxmalı idi. Çünkü qəzet hüquqi şəxsdir və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdi. Qarşı tərəf o dərəcədə güclü idi ki, qəzet də bu və digər səbəblərdən bağlandı! Əmək müfəttişliyi ailə üzvülərinin şikayətlərini əsas götürüb İmişli prokurorluğunun təqdimatı əsasında zavodun MMC-nin əmək qanunvericiliyini yoxlamalı və “qara mühasibatlığı” və paket sistemini vergilər nazirliyi ilə həll etməli idilər. Mən 14 saylı əmək müfəttişlərinin ailə üzvlərinə ünvanladığı məktubda imza edən rəisin adını soyadını oxuduqda şoka düşdüm. Bu Əzimov Şahin bundan 5-6 ay əvvəl zavod təsisçisi Saleh Səmədovun işlədiyi Meterologiya agentliyində İmişli şöbəsinin rəisi idi. Üzümü Sahil Babayevə tuturam! İmişlidən olan müavininizə deyin ki, əmək müfəttişi mütəxəssisini yetişdirmək üçün illər lazımdır. Hər şöbə rəisindən, iqtisadçıdan İH-nin müavinindən və s. əmək müfəttişiliyi rəisi olmazdı. Rəis olmaq üçün hansı meyarlardan istifadə edilməlidir. Dövlət qulluğuna aid hansı test imtahanı verilib və ya keçirilib.

Mən nə sandıq açan nə də pambıq tökənlərdən deyləm və sadəcə Sizə xəbərdarlıq etdim. Mənim buna haqqım çatır, Şahin Əzizovla da düşmənçiliyim yoxdur. Sadəcə Qanunlara əməl edilməsi hamımızın borcudur. Mən Səhiyyə Nazirliyinin İmişlidəki baş həkimi, Saleh Səmədov və deputat Əsabil Qasımovun qohumu olduğu barədə yazılar dərc etmişdim. Speys kanalı sağ olsun! 13 gün o mərhum bacımızın ölüm səbəbini İmişli həkimləri niyə gizlətmişdi. Hansı həkim ürəktutmadan ölməsi faktını təsdiq edən diaqnoz qoyub və baş həkim təsdiqləyib. Əgər bu sənəd prokurorluqda yoxdusa və ya aradan götürülübsə onda cavabdeh prokurorluqdur. Ötən yazımda Meterologiya agentliyinin İmişlidəki təmsilçisi Şahbaz Həsənovun işdən çıxarılmasını səbəblərini məndən xahiş edib. İşıqlandırılmasını xahiş etmiş görünür ağasının təpkisindən sonra var-yox söyüşünə qərq etdi. Hələlik söyüşlə başlayıblar deyəsən mənimlə şərəf və ləyaqət, böhtan davası başlayır. Şərəf və ləyaqət davaları mənimlə gecə məktəbini qurtaranlar çox edib. Nə qədər ki, “qara mühasibatlıq” var və olaraq bu şərəf və ləyaqət davası davam edəcək. Hələlik parniklərin pomidor, xiyar yetişdirirlər, Allah eləməmiş soğan da əksələr vay İmişlilərin halına acılarını kasıb millətdən çıxacaqlar.

Hörmətli Mehriban xanım!

Bu şikayəti və Açıq məktubu Sizə məlumat üçün yazdım. Xahiş edirəm adların çəkdiyim nazirliklərin rəhbərlərini xalqa yalan ifadələr verməkdən çəkindirin və faktların yoxlanılması üçün Baş prokurora və ya Daxili İşlər nazirliyinin müvafiq aidiyyatı idarələrinə göstəriş verin.

İmza:  Məhbub Əvəz oğlu Zülfüqarlı

TEL: 070-277-87-27