İmamoğludan AKP-yə: Uduzmağı bacarın!

Seçki bitib, bunlar nəyi iddia edirlər? Uduzmağı bacarsalar, başqa cür davranardılar.

Sozcu.az xəbər verir ki, bu sözləri İstanbul bələdiyyə seçkilərində qeyri-rəsmi nəticələrə görə qalib gələn CHP-çi Əkrəm İmamoğlu deyib.

“Hazırda aramızdakı fərq 18 min 445 səsdir. Bizə də, rəqibimizə də səs çıxır. Ən pis halda fərq 17 minə enəcək”, – deyə İmamoğlu bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki prosesinin başa çatdığını, yalnız səs sayı ilə bağlı məhkəmə prosesinin getdiyini bildirmişdi.(Axar.az)