İmamoğlu “TC”-ni bələdiyyə binasına qaytardı

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsi binasının girişinə Türkiyə Cümhuriyyəti sözlərinin qısaltması olan “TC” hərfləri əlavə olunub.

Axar.az xəbər verir ki, hərflər binanın girişinə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun təlimatı ilə yerləşdirilib.

Beləliklə, İstanbul Böyükşəhər Bələdiyyəsi bundan sonra Türkiyə Cümhuriyyəti (TC) İstanbul Böyükşəhər Bələdiyyəsi adlandırılacaq.