İmamoğlu hökuməti saymadı: Anıtqəbirə ziyarət

İstanbul bələdiyyəsinə keçirilən seçkilərin qalibi CHP-çi Əkrəm İmamoğlunun Anıtqəbirə ziyarəti ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Sozcu.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda bu ziyarətin mərasim qaydalarına uyğun şəkildə həyata keçirilmədiyi bildirilib.

Məsələ ilə bağlı qarşı tərəfə xəbərdarlığın edildiyi deyilib.

Türkiyənin “Posta” qəzetinin Ankara nümayəndəsi Hakan Çelik Əkrəm İmamoğlunun Anıtqəbirə ziyarətinin detallarını və Milli Müdafiə Nazirliyinin bununla bağlı xəbərdarlığını şərh edib.

Jurnalist qeyd edib ki, bələdiyyə sədri ziyarət istəyi ilə bağlı Anıtqəbir İdarəsinə müraciət edib:

“Protokol xarakterli ziyarətlər Anıtqəbir İdarəsinə bildirilir. Anıtqəbiri ziyarət etmək sərbəstdir. Lakin çələng qoymaq, yaxud protokol məqsədli ziyarətlərdə mütləq şəkildə sözügedən idarəyə bildirilməlidir. İdarə isə Ali Seçki Qurumunun hələ ki, rəsmi qərarı olmadığından protokol ziyarətinin mümkün olmadığını İmamoğluya bildirmişdi”.(Axar.az)