İmamoğlu Azərbaycanı təbrik etdi

İstanbulda 23 iyunda keçiriləcək bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlu Azərbaycanı 28 May – Respublika günü münasibətilə təbrik edib.

Sozcu.az xəbər verir ki, İmamoğlu bu barədə rəsmi Tvitter səhifəsində yazıb:

“Sonsuzadək dost və qardaş qalacağımız Azərbaycan xalqının Cümhuriyyət gününü təbrik edirəm. 101 il əvvəl Azərbaycan Demokratik Cümhuriyyətini elan edən qardaşlarımızla qəlblərimiz hər zaman birgə döyünüb və həmişə döyünəcək. Azad və xoşbəxt neçə illərə, can Azərbaycan”.(Axar.az)

Facebook Comments