İmamoğlu azərbaycanlı jurnalistə təşəkkür etdi – Məktub

Türkiyədə keçirilən Bələdiyyə seçkilərində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilən Əkrəm İmamoğlu azərbaycanlı jurnalist Mətləb Salahova təşəkkür məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə M.Salahov özü açıqlama yayıb.

O bildirib ki, Ə.İmamoğlu şəxsinə ünvanlanmış səmimi təbrik və dəyərli arzulara görə təşəkkür edib və Azərbaycanla Türkiyənin qardaş ölkə olduğunu vurğulayıb.