“İmamoğlu 1 milyon səs fərqi ilə qalib gələcək”-PROQNOZ

Bu il iyunun 23-də keçiriləcək İstanbul bələdiyyə rəhbərliyinə təkrar seçkilərlə bağlı “Polimetre” analitik qrupunun sədri Mehmet Günal Ölçer proqnozlarını açıqlayıb.

Sozcu.az xəbər verir ki, Mehmet Günal Ölçer CHP namizədi Əkrəm İmamoğlu ilə AKP namizədi Binalı Yıdırım arasında səs fərqinin kəskin artacağı ehtimalını irəli sürüb.

Onun fikrincə, iki namizəd arasında fərq Əkrəm İmamoğlunun xeyrinə 13 mindən 500 minə, hətta 1 milyona çata bilər.

Analitik bunu kiçik partiyaların qeydə alınmamış səsinin CHP namizədinə toplanması ilə izahlayıb.(Teleqraf.com)