İmamoğlu ona “axmaq” deyən nazirin cavabını verdi

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu ona “axmaq” deyən Daxili İşlər naziri Süleyman Soyluya cavab verib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, İmamoğlu nazirin sözlərinə Mövlanə Cəlaləddin Ruminin aforizmi ilə münasibət bildirib. Soylunun “Avropaya gedərək Türkiyədən şikayət edən axmağa deyirəm: bunun bədəlini bu millət sənə ödədəcək” sözlərinə bələdiyyə sədrinin cavabı belə olub:

“Sözə baxaram sözdürmü deyə, sölyəyənə baxaram adamdırmı deyə. Seçkilər zamanı da səviyyəsinə düşməyəcəyimi dəfələrlə dilə gətirmişdim. Allaha tapşırıram. Mən Avropada ölkəmi müdafiə edərək onları məsuliyyətə dəvət edib, dəyərli fikirlər bildirməişəm. Daxili işlər nazirinə yaraşmadı”.

Sozcu.az

Facebook Comments