İlqar Məmmədov müxalifəti ittiham etdi: “Hara baxırdınız?”

Əlcəzair prezidenti Əbdüləziz Buteflika beşinci müddət üçün prezident seçkilərində namizədliyini irəli sürməyəcək.

Sozcu.az xəbər verir ki, ReAl partiyasının sədri İlqar Məmmədov özünün feysbuk səhifəsində məsələyə münasibət bildirərkən, Azərbaycanda olan müxalifət partiyalarını ittiham edib:

“Buteflika beşinci dəfə prezident seçkisinə getmək istəyəndə, səsverməyə saylı həftələr qalmış xalq küçəyə çıxıb buna imkan vermədi. Bu, dünən baş verdi. Təəssüf ki, İlham Əliyev üçüncü və dördüncü dəfə “seçki”yə gedəndə Azərbaycan xalqını buna qarşı dinc etiraza qaldıran tapılmadı. Trump demiş “not on my watch”, yəni “hara baxırdınız?”

Qeyd edək ki, hakim koalisiya tərəfindən fevral ayında Ə.Buteflikanın beşinci müddət üçün namizədliyinin irəli sürülməsi ölkədə genişmiqyaslı etiraz aksiyalarına səbəb olmuşdur.