İlqar Altaydan Bakıda Stalinin qırmızı lentli şəkli ilə yürüş edənlərə…

Tanınmış hüquqşünas-tədqiqatçı İlqar Altay özünün “Facebook” səhifəsində “9 may – Qələbə Günü” ilə bağlı maraqlı status yazıb.

Sozcu.az saytı həmin statusu oxucularına təqdim edir:

“9 may 1945-in qələbə günü.. Bu kimin qələbə-məglubiyyətidir əslində? Kimin davası olubsa, onun. Bəs, kimin davası olub əslində? Stalinlə Hitlerin.. İki amansız tarixi tiranın.. Yaradılmış kommunist və faşist partiyaları da bu tiranlara insan kütləsinin beynini yuyub vuruşa, qırğına, “qələbə, üstün xalq, cənnət həyat!” adıyla xalqı ölümə hazırlamaq üçün ideologiya kimi lazım olub. Yazıq xalqlar isə, tam bir kütlə və vasitə..

Əslində bunlar müxtəlif tonlarda eyni mahnını oxutduran dirijorlar, eyni mahiyyətli diktatorlar olub. Ideologiyalarının da kökündə eyni-oxşar məqsəd durub: insan qətli, hökmranlıq, şöhrət. Necə ki, bir az fərqli rənglə eyni mənşəli sünnı-şiə ideologiyasını “cənnətə düşmək” və “axirət qorxusu” adilə, o zamankı tiranlar istifadə edib xalqları qırğına veriblər. Hitler-Stalin də, eynilə.

Bəs, eyni qədər kütləvi qırğın, dağıntı, bəlalara bais olan bu iki tiran, onların ideologiyalarının haradasa bir fərqi olubmu? Bəli, haradsa olub. Faşizm insanları yalnız fiziki-cismi məhv edib, bolşevizm isə, insanları cismən məhv edib və qalan kütləninsə, beyin-şüurunu yuyaraq zəlil edib. Ona görə də, müharibədən sonra alman xalqı sağlam başla çox yüksək inkişaf etdilər, ruslar isə, yuyulub məhv olmuş başla qalıblar.

Allah rəhmət etsin, müharibədə həyatını itirən doğma-yaxınlara, həmvətənlərimizə, hər kəsə”.