İlqar Altay: “Leyla Yunus üçün müqəddəs heçnə yoxdur”

“Leyla Yunusun tanınmış hüquq müdafiəçisi və Elçibəy hakimiyyətinin məsul vəzifəli əməkdaşı olaraq Ə. Elçibəyi KQB agenti yəni kommunizm rejiminə gizli xidmət edən adlandırmasını, milli-azadlıq hərəkatına və müstəqilliyimiz uğrunda mübarizəyə yönəlmiş həqarət sayıb qınayıram.

Onu müəyyən proseslərdə yaxşı tanıyan olaraq qeyd edim ki, Leyla Yunus təbiət etibarı ilə, hər zaman təxribat törədib konflikt yaradan, sonra isə bu konfliktiin içində bir tərəfin tərəfini haqlı-haqsız tutub, özünə divident ad-pul qazanandır”.

Sozcu.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant İlqar Altay, Leyla Yunusun Sevinc Osmanqızının kanalında Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəy haqda danışdığı qarayaxmalara münasibət bildirərkən deyib. İlqar Altay qeyd edib ki, Leyla Yunus üçün müqəddəs heçnə yoxdur:

2002-ci ildə, Nardaran sakinlərinin müdafiəsini birgə təşkil etdiyimiz əməkdaşlıqdan tanıyıram. Sakinlərin kəndi müdafiə adla qurduqları çadıra gecə “banditizm” idarəsi basqın edib.. Səhər bir cavan, ayagını gøstərib deyir, qaçarkən mismar batıb, pəncəsi altından girib üstdən çıxıbdır. Bu Leyla xanım təkid edir: ekspert kimi yaz ki güllə ilə vurublar, hesabatda yazaq.. Belə saxtakardır.

O sakin də durur. O vaxt mətbuata da söylədim. Hələ ABŞ səfirliyində, səfir önündə nə oyundan çıxdı hesabat adıyla, səfir bu şitliyi bəyənməyib nə etdi və s. və i. qadındır, danışmaq istəmirəm.

İkinci və ən zərərlisi Leyla Yunusun nə mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevə, nə bu günkü iqtidarın və müxalifətin liderlərinə, nə müdafiə etdiyi, ya qınadığı bir kəsə, nə də ki, Azərbaycan xalqı, dövlətinə hørməti yoxdur.. Bu eqoist üçün dünyada müqəddəs heç nə yoxdur.