“İlham Əliyevin Rəsulzadə ilə bağlı Paşinyana cavab verməsi üçün ən uyğun vaxtdır” -Səxavət Soltanlı

“Azərbaycanın dövlət başçısı İlham Əliyevin Ermənistanın Baş Naziri Nikol Paşinyanın bu günlərdə M. Ə. Rəsulzadə haqqında cəfəng iddialarına adekvat cavab verməsi üçün ən uyğun zamandır. Əlbəttə, cavab verməyi düşünürsə”.

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı deyib:

“Dövlət başçısı səviyyəsində 28 may Respublika Günü ilə əlaqədar Rəsulzadənin Novxanıdakı abidəsini, yaxınlıqdakı kənd məzarlığında doğmalarının məzarlarını ziyarət edib, Bakının ən gözəl məkanlarının birində də Rəsulzadəyə layiqli bir abidənin ucaldılması ilə bağlı göstəriş vermək ən uyğun cavab ola bilər. Ermənilərə bu tərz cavab verməyə də Rusiya maneə olur?- Deyə Səxavət Soltanlı bildirib.

Facebook Comments