İlham Əliyevin 346 milyon dollar qiyməti olan yeni təyyarəsi

AZAL 346.9 milyon dollara yeni təyyarə alıb. Təyyarə hökumət nəqliyyatı üçündür.

Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı alim, ADR hərəkatının sədri Qubad İbadoğlu yazıb:

“Azərbaycan Hava Yolları” (AZAL) QSC yaxın vaxtlarda B777-200 (LR) təyyarəsini Bakıya gətirəcək. VIP hökumət nəqliyyatı üçün dizayn edilən təyyarədən Boing şirkəti indiyə qədər 59 ədəd istehsal edib. Bu təyyarənin alınması üçün AZAL 346 milyon 900 min ABŞ dolları və ya 589 milyon 730 min manat ödəyib. Bu vəsait gələn il ölkə üzrə ödəniləcəj bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabər, 1 illik elm büdcəsindən 3 dəfədən, 1illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur. Bu vəsaitlə hazırda kənd yerlərində yaşayan 0-17 yaşlı uşaqların hər birinə 1 il ərzində hər ay 95 manat 90 qəpik müavinət vermək olardı.

VİP B777-200 (LR) təyyarəsi Azərbaycan prezidentinin və 1-ci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub.