İlham Əliyev Ağsuda sakinlərlə görüşüb -VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprel ayının 6-da Ağsu rayonuna səfərə gedib.

Sozcu.az xəbər verir ki, Dövlət başçısı əvvəlcə Ağsu şəhərində eks-prezident Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Prezident İlham Əliyevə rayonda görülən işlərlə barədə məlumat verib.

fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanların baş verməsi Ağsu rayonunda da bəzi sakinlərə ziyan vurub. Dövlət başçısı İlham Əliyev Ağsu rayon sakinləri ilə – əsasən də zəlzələ zamanı zərər çəkən sakinlərlə görüşərək, görülən işlərlə bağlı məlumat alıb.

Prezidentin sakinlərlə görüşündə Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.

Elşən Əlisoy