İlham Əliyevə video-müraciət edən şəxs saxlanılıb

Aqil Hümbətovun hansı səbəbdən saxlanıldığı açıqlanmır

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətov martın 15-də günorta saxlanılıb. Partiya üzvünün saxlanılmasına səbəb onun sosial şəbəkə vasitəsilə prezident İlham Əliyevə müraciət etməsidir.

Məlumatı Meudan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn təsdiqləyib.

Bakı şəhəri, Zirə kənd sakini A.Hümbətov müraciətində işsiz olduğunu, üç övlad böyütdüyünü və yerli hakimiyyətin onun problemləri ilə maraqlanmadığını və bu səbəbdən karton satıb dolandığını qeyd etmişdi.

Bundan sonra martın 15-də onu Xəzər Rayon Polis İdarəsinin 1 saylı polis bölməsinə aparıblar. Lakin doğmalarına və AXCP nümayəndələrinə saxlanmanın səbəbləri barədə məlumat verilmir.

Sozcu.az