İkraynada keçirilən prezident seçkilərinin tam nəticəsini açıqlandı

Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə 31 martda keçirilən prezident seçkilərinin tam nəticəsini açıqlayıb.

Sozcu.az xəbər verir ki, bülletenlərin 100%-i sayılandan sonra nəticələr belədir:

1. Aktyor Vladimir Zelenski -30,24%

2. Hazırkı Prezident Pyotr Poroşenko – 15,95%

3. Batkivşina Partiyasının lideri Yuliya Timoşenko – 13,4%

4. Həyat Naminə Müxalif Platforma Partiyasının lideri Yuri Boyko – 11,67%

5. Vətəndaş Mövqeyi Partiyasının lideri Anatoli Qriçenko – 6,91%

6. UTX-nin keçmiş sədri İqor Smeşko – 6,04%

7. Radikal Partiyanın lideri Oleq Lyaşko – 5,48%

Qeyd edək ki, ümumilikdə seçkilərin birinci turunda 39 namizəd iştirak edib. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün 21 apreldə keçiriləcək ikinci turda ilk iki yeri tutan namizəd – Zelenski və Poroşenko prezident vəzifəsi uğrunda mübarizəni davam etdirəcək.