İki həftəyə 7 kilo arıqladan yapon pəhrizi

Son zamanlar qısa müddətdə artıq çəkidən qurtulmaq üçün bir çox pəhriz proqramları təklif olunur. Onlardan biri də yapon pəhrizidir.

Sozcu.az e-tibb.az-a istinadən bildirir ki, bu pəhrizlə 2 həftəyə 7 kiloqrama yaxın arıqlamağın mümkün olduğu iddia olunur. Amma bu pəhriz proqramına uyğunlaşmaq o qədər də asan sayılmır.

Yapon pəhrizi ilə gündə 600-1100 kaloriyə qədər qida qəbulunun azaldılması nəzərdə tutulur. Pəhriz menyusu minimum kalorisi olan qidalardan ibarətdir.

Menyuda ancaq qaynadılmış toyuq əti, az yağlı balıq, təbii şirələr, yumurta, kefir və qatıq olmalıdır.

Bundan əlavə, menyudan şəkər, duz və digər ədviyyatların çıxarılması vacib sayılır.

Milli.Az