İkardi “Yuventus”dan cavab gözləyir

Bir neçə gün öncə “İnter”in düşərgəsini tərk edən və fərdi məşq edən Mauro İkardi “Yuventus”a keçməyə yaxındır.

Sozcu.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu hücumçunu heyətinə qatmaqda israrlıdır.

Ancaq məsələ burasındadır ki, “qoca sinyora” argentinalı futbolçunu almaq üçün onun həmyerlisi Qonzalo İquaini satmalıdır. Çünki Milan təmsilçisi İkardi üçün 50 milyon təzminat tələb edir.
“Yuventus”a keçməkdə maraqlı olan İkardi klub rəhbərliyindən cavab gözləyir. Forvard şəxsi məşqçisi Daniele Bernazzaninin başçılığı altında məşqlərini davam etdirir.(Qol.az)