İdman tarixinin ən bahalı sözləşməsi: 432 milyon dollar!

Dünya idman tarixində ən bahalı müqavilə ABŞ-da gerçəkləşəcək.

Sozcu.az xarici mətbuata istinadən xəbər verir ki, “Los Anceles Ancels”də forma geyinən beysbolçu Mayk Trout klubu ilə fantastik məbləğ qarşılığında yeni müqavilə imzalayacaq. 27 yaşlı beysbolçu 12 illik müqavilə qarşılığında 432 milyon dollar qazanacaq.

İllik qazancı 36 milyon dollar olacaq Trout, bu baxımdan bəzi futbolçulardan geri qalsa da, onun müqaviləsinin ümumi dəyəri idman tarixinin ən bahalı anlaşması olacaq.

“Forbes”in keçən il açıqladığı siyahıda, boksçu Flod Meyuezer və futbolçular – Lionel Messi ilə Kriştiano Ronaldo ən çox qazanan idmançılar sırasında ilk pillələrdədir.(Komanda.az)