İcra hakimiyyətinin nümayəndələri şəhidin qardaşının evini uçurtdu – VİDEO

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində “Quşçuluq” yaşayış massivində İlham Şahverdiyevə məxsus yaşayış evi uçurdulub.

Sozcu.az-ın xəbərinə görə, iddia olunur ki, icra hakimiyyəti evin tikintisinə razılıq verilməsi üçün 5 000 AZN tələb edib, bu məbləğ verilmədiyinə görə tikinti dayandırılıb, evin bir hissəsi isə sökülüb.

Bildirilib ki, torpağın sənədləri qaydasındadır.

İ.Şahverdiyevin qardaşı şəhid olub.

Qeyd: Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdur.(Pravda.az)

Facebook Comments