İçərişəhərdə partlayış olub, 7 nəfər xəsarət alıb

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

Partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) verilən məlumata görə, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.

Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: “Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar”. (Report)

Facebook Comments