“İçəri Şəhər heç kəsin ata mülkü deyil” – Arif Hacılı

Arif Hacılı, Müsavat Partiyasının başqanı

Notr-Dam Paris üçün nədirsə Qız Qalası, İçəri Şəhər Bakı üçün odur.

Notr-Dam kilsəsinin bərpası üçün könüllülər artıq 1.mld. 200 mln. evro vəsait toplayıb. Bakıda isə hakim zümrə öz restoran biznesini genişləndirmək məqsədi ilə İçəri Şəhəri bərbad vəziyyətə salır.

İçəri Şəhər də Bakı da, bütün Azərbaycan da heç kəsin ata mülkü deyil. Azərbaycan hamımızındır.

Mən də bilirəm, hər kəs də bilir ki, indi İçəri Şəhərdə belə tikintiyə icazə vermək Eldar Əzizov səviyyəsində olan məsələ deyil. Amma, istənilən halda buna görə əsas məsuliyyət daşıyan vəzifəli şəxs Baki İcra Hakimiyyətinin Başçısıdır.

İlk növbədə Eldar Əzizov bütün ölkədə böyük əks-səda doğurmuş və narazılıqla qarşılanmış bu hadisə ilə bağlı xalq qarşısında hesabat verməli, dağıntıları dərhal durdurmalı, ya da istefaya getməlidir.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

Sozcu.az