Husilərdən Səudiyyəyə təhdid: Yenə vuracağıq

Husilər əvvəlki kimi, Səudiyyə Ərəbistanının neft sənayesi obyektlərinin özlərinin potensial hədəfi olaraq qalacaqlarını bildiriblər.

Sozcu.az xəbər verir ki, bu barədə məlumat qruplaşmanın bəyanatında yer alıb. Husilər əllərində Səudiyyə Ərəbistanının istənilən nöqtəsini məhv etməyə qadir silahlara sahib olduqlarını deyiblər.

Qeyd edək ki, “Saudi Aramko” şirkətinin iki neftayırma zavodu dron hücumuna məruz qalıb. Bu, Səudiyyə Ərəbistanının neft hasilatını 5,7 milyon barrelə qədər azalmasına səbəb olub. Nəticədə dünyada neftin qiymətlərində kəskin artım qeydə alınıb.