Husilərdən Səudiyyəyə zərbə: Hava limanı və baza vuruldu

Yəməndəki Husi qiyamçıları Səudiyyə Ərəbistanının cənubundakı Kral Xalid hərbi bazası ilə Əbha hava limanına zərbələr endirib.

Sozcu.az xəbər verir ki, Husilərin rəsmisi Yəhya Səri Əhba hava limanının müşahidə qülləsinin Kasıf-2 tipli PUA-larla vurulduğunu söyləyib.

Səri hücumlar səbəbindən hava limanında uçuşların dayandırıldığını bildirib.

Husi rəsmisi Hamis Muşayt şəhərində yerləşən Kral Xalid hərbi bazasının da PUA-larla vurulduğunu deyib.