HÜRRƏMİLİK–BABƏKİLİK

Aydın Qasımlı (Mədətoğlu)

BABƏK HÜRRƏMİ

Türk ictimai-fəlsəfi fikir tarixində mühüm rol oynayan şəxsiyyətlərdən biri də Babək Hürrəmidir . Tarixdə “Babə- kilər Hərəkatı “ kimi tanınan Hərəkatın yaradıcısı Azərbay- can Türkü Babəkdir . Bu Hərəkat öz fəaliyyətini iki istiqamətdə davam etdirmişdir :

1.Mövcud cəmiyyətdəki sosial bərabərsizliyə qarşı çıxmaq ;
2.Yadelli işğalçılara qarşı Milli mübarizə aparmaq .

Babəkin əsas şüarlarından biri torpağı və istehsal vasitələrini xalqın ixtiyarına vermək , kəndliləri və sənətkarları hakim təbəqələrin və xarici istismarçı- ların asılılığından azad etmək və Abbasi Xilafətinə qarşı mübarizə aparmaqdan ibarət idi .

Babəkilərin sosial bərabərlik uğrunda mübarizələri , maddi nemətləri insanlar arasında bərabər şəkildə bölüş- dürmək ideyası onları Məzdəkin ideyasıilə yaxınlaşdırır- dısa , xarici müdaxiləçilərə qarşı mübarizəsi Milli Azadlıq mübarizəsi xarakteri daşıyırdı. . Azərbaycanın istiqlaliyyətini əldə etmək , onu yadelli- lərin tapdağından qurtarmaq Babəkin əsas idealı və qayəsi idi . Babək belə hesab edirdi ki , insanların Ruhu da dünya kimi əbədidir . Ona görə də dünyada fasiləsiz olaraq Xeyir və Şər qüvvələr arasında mübarizə gedir . Bu mübarizədə həm də Xeyrin Şərə qalib gələcəyi labüddür . Bu məsələdə əsaslanırdı . . Azərbaycan Türklərinin iftixarları olan Təktanrıçı Azər Peyğəmbəri , onun “ Muğ dini “nin mahiyyətini , Qam Atanın düşüncə sistemini , onun Əhəməniləri lərzəyə salan Hərəkatını , Mani Peyğəmbəri , Kahinlər Kahini Məzdək Təbrizlini , onların Sasani İmperatorluğunu kökündən sar – sıdan dünyagörüşlərini anlamadan Babəki və Babəkilik fəl- səfəsini anlamaq qeyri-mümkündür . . Babək öz dövrünə məna verən , azadlıq işığı yandıran , nəhəng düşmənə və onun saxtalaşdırılmış ideologiyasına qarşı duran İlahi qəhrəmanlıq və Azadlıq simvoludur . Babək daxilində Azadlıq Ruhu daşıdığından onda nəhəng düşmənlə döyüşmək inamı yaranmışdı . O , öz qılıncı ilə azadlığı , istiqlaliyyəti qorumuşdu . Onun düşməni Ərəb xalqı deyil , işğalçı , başkəsən , qardaşı qardaşa qırdıran , məzhəbçi ( Mötəzilə məzhəbi ) din pərdəsi altında xalqları köləyə çevirən Abbasi Xilafəti idi . Babəkin başçılıq etdiyi Hərəkat Milli və Bəşəri xarakter daşımışdı .

Bu bir həqiqətdir ki , Babəkin başçılıq etdiyi Hərəkatın silahlı mübarizəyə çevrilməsi hər şeydən əvvəl Abbasi Xəli- fələrinin təyin etdikləri valilərin və hakimlərin özbaşınalığı- nın dözülməz həddə çatması , xalqların məmurlar tərəfin – dən var-yoxdan şıxarılması və işkəncələrə məruz qalması və xüsusilə , Abbasi Xilafətinin yürütdüyü işğalçılıq və ta – lançılıq siyasətinin Azərbaycan Türklərinin min illər boyun- ca formalaşmış milli- mənəvi dəyərlərinə qarşı yönəlməsi və Azərbaycan Türklərinin müstəqil dövlət qurmaq cəhdlə – ri ilə bağlı idi . Babəkin o dövrdə Bizans İmperatoru tərəfin-dən bir hökmdar kimi rəsmən tanıması və Babəkin “ Babə – kilər “ adlı yeni bir sülalənin başçısı və banisi olması Xilafət dövrü Azərbaycanda ən azı 20 il ərzində bir Müstəqil Azər- baycan dövlətinin mövcud olduğunu deməyə əsas verir .

Bir çox tarixçilər və ayrı-ayrı tədqiqatçılar Babəkə və Babəkilər Hərəkatına həsr etdikləri əsərlərində o dövrdəki hadisələri nəql etmiş , lakin bu nəhəng hadisənin mahiyyətinə varmamış , Babəkin müdrikliklə ,qəhrəmanlıq- la , yenilməzliklə dolu fəlsəfəsinə yanaşmamışlar .Onlar həm sərkərdə ,həm cəngavər ,həm təlimçi ,həm işğalçı ideo-logiyasına qarşı daxilində “Şirvin Ruhu “ gəzdirən böyük fi – losof və dövlət xadimi Babəkə məntiqli elmi biliklə və daxili gözlə baxmamışlar .Bəzi tədqiqatçılar Babəkin İslam dininə, bəziləri də Ərəb işğalçılarına qarşı mübarizə apardığını qeyd edirlər . Əslində bu tədqiqatçıların hər biri məsələyə birtərəfli yanaşmışlar . Unudulmamalıdır ki, işğalçıya qarşı mübarizə aparmaq həm də o işğalçının əlində bayraq etdiyi ideologiyasına qarşı da mübarizə aparmaqdır .Babək də həm Ərəb işğalçılarşna , həm də onların əlində bayraq etdikləri dini ideologiyaya qarşı mübarizə aparmışdır . .

Günümüzdə də bəzi tarixdən xəbərsizlər özlərini tarixçi kimi göstərərək Babək haqında əllaməlik edərək elə ağla – sığmaz hədyanlar uydururlar ki ,adamın Babəkə və Babəki- lərə düşmən münasibət bildirən orta əsr Ərəb və Fars tarix- çilərinə “ rəhmət “ oxumağı gəlir . Farslar Maniyə və Məzdə-kə necə böhtanlar atmışlarsa , orta əsr müsəlman tarixçiləri və onların müasir təəssübkeşləri də Babəkə bunlara bənzər iftiralar atmış və atmaqdadırlar . . Azərbaycanın 22 illik Babək hakimiyyəti dövrü Hürrəmi- lər ( Xürrəmilər ) Hərəkatının pik nöqtəsi olduğundan bu Hərəkat haqlı olaraq Babəkin adı ilə “Babəkilər Hərəkatı” adlanmağa başlanmışdı . Babəkin başçılığı ilə aparılan Hə- rəkatın əsas məqsədi Azərbaycan Türklərinin qədim inanc- larının , milli adət-ənənələrinin, öz dini –fəlsəfi ideologiya- sının , xüsusilə , minilliklərə dayanan müstəqil dövlətçilik ənənəsinin bərpa olunması uğrunda Ərəb işğalçılarına və onların ideologiyasına qarşı mübarizə aparmaq olmuşdur. . Tədqiqatçılar arasında mübahisə mövzusu olan məsə- lələrdən biri də Babəkin bir üsyançı və ya bir dövlət başçısı olması məsələsidir . Biz belə hesab edirik ki, Babək ilkin mərhələdə Xürrəmilərin başçısı kimi Ərəb işğalçılarına qarşı üsyana başlasa da sonradan Xilafətin nizami ordularını darmadağın etdikdən sonra onda özünə inam və bir hökmdar olmaq fikri yaranmış və bu məqsədlə O , öz Bayrağını və mərhələ-mərhələ öz nizami Ordusunu yarada-raq onlara öz sərkərdələrini başçı təyin etmiş və bundan sonra bir hökmdar kimi hərəkət etməyə başlamışdı .Bu özünü istər Bizans İmperatorunun , istərsə də Abbasi Xəli- fələrinin Babəki məhz hökmdar kimi qəbul etdiklərində də göstərir . Bütün bunlarla yanaşı ,faktiki olaraq Babəkin ya- ratdığı bu dövlət 20 ildən artıq mövcud olmuşdur . Abbasi Xilafəti Babəkin yenilməzliyindən , qorxmaz- lığından , qəhrəmanlığından dəhşətə gəlmiş , Babək başı Bağdadda ,ayağı Hindistanda olan Xilafəti yerindən oynat- mış , Xəlifələrdə dəhşətli qorxu yaratmışdı. . Babək Azadlıqdan böyük Cənnət ,əsarətdən böyük Cəhənnəm tanımamışdı .Babəkin qayəsi zora boyun əymə- mək ,zülmə yenilməmək , zoru ,zülmü ,gücü ,qüvvəti yen – mək olduğundan O, özünü yenilməz hesab edən Abbasi Xi- lafətini dəhşətə salmış , onun həşəmətini sarsıtmışdı .Onun istiqlaliyyət uğrunda Azadlıq Müharibəsinə başlamasında əsas məqsədi məzhəbçi İslamı özünə ideoloji bayraq etmiş, böyük potensial imkanlara malik güclü Xilafəti yer üzündən silmək idi. . Babəkin fəlsəfəsinin əsasını inam təşkil etmişdi .Onun Azadlıq fəlsəfəsi inam səviyyəsində idi . Babək Xilafətin ma-hiyyətinə , inamına ,əxlaqına , iradəsinə ,hakimiyyətinə qar- şı özünün hürr mahiyyətini ,azad inamını ,azad əxlaqını , azad mənəviyyatını , azad iradəsini ,azad xalq hakimiyyətini irəli sürmüş , bunları həyata keçirməyə çalışmış və 22 illik möhtəşəm mübarizəsində buna nail də olmuşdu .Əgər bu mübarizədə ölkədəki imtiyazlı təbəqələrin dönüklüyü ,Ərəb qoşun başçılarına nisbətən daha cəsur və döyüşkən Türk sərkərdələri olmasaydı , “hay” adını mənimsəmiş Naxarla – rın xəyanəti və Xilafət ordusuna köməklik göstərmələri ol- masaydı Babək həqiqətən də Abbasi Xilafətini yer üzündən siləcəkdi .

Babək və Babəkiliklə bağlı məsələlərdən biri də “Şirvin- lik “ dir . Bir çox tarixçilər Şirvini İslamdan əvvəl və ya İsla- mın ilk illərində yaşamış bir Peyğəmbər və ya bir hökmdar kimi qələmə verir , Babəki və ümumiyyətlə , Xürrəmilər Hərəkatını da onunla əlqələndirirlər . Belə ki ,bəzi tədqiqat- çılara görə , Xürrəmilər öz yığıncaqlarında , yaslarında Şir – vini yada salıb nəğmələr oxuyar və ya ağlayarmışlar .Onlar Şirvini Peyğəmbərlərdən də üstün tutar , onu Məhəmməd- dən və bütün başqa Peyğəmbərlərdən daha fəzilətli ,daha ləyaqətli hesab edərlər ( Bax :Səid Nəfisi , Azərbaycan qəhrəmanı Babək Xürrəmidin ,Bakı 1990 , səh.7,8,16,18 ; Abdülkahir el-Bağdadi , Mezhepler arasındakı farklar ,Ankara 2005 , səh .207 ; Ziya Bünyadov , Azərbaycan VII –IX əsrlərdə , Bakı 2007 , səh. 419 və s. ) . . Orta əsr Ərəb tarixçilərindən Təbəri,İbn əl –Fəqih,Yaqut Həməvi ,Yəqubi isə Şirvini bir Təbəristan hökmdarı kimi qəbul etmiş , lakin onun Peyğəmbərliyi haqqında heç bir məlumat verməmişlər . . Güney Azərbaycanlı tədqiqatçı Saleh İldırım isə Şirvini Şamanizmlə bağlamış və göstərmişdir ki, Şirvin Xürrəmilər üçün bir Peyğəmbər idi və “ Şirvinlik inancı “ özündə Şama- nizm düşüncə sistemi elementlərini cəmləşdirmişdi . . Babək və Hürrəmiliyə aid əsər yazan Ceyhun Bayramlı Şirvinlə bağlı ayrı-ayrı müəlliflərin fikir və mülahizələrinə öz münasibətini bildirdikdən sonra göstərir ki, Şirvin İsla- mın ortaya çıxışından əvvəl , yaxud İslamın Azərbaycana və Təbəristan bölgəsinə gəlişi dövründə yaşamış bir insandır. O , tarixi Azərbaycan torpaqlarının bir hissəsində ,yaxud Təbəristanda mövcud olmuş hansısa dövlət qurumunun hökmdarıdır . Verilən məlumatlar əsasında bunu təxmin etmək olar ki, Şirvin İslam adı altında Əməvi Xəlifələrinin başlatdığı talançı yürüşlərə qarşı çıxış edərək Təbəristan əhalisinin böyük bir qisminin dəstəyini qazanmış ,hətta müəyyən dağlıq bölgələrdə nəzarəti ələ keçirmişdi .Şirvinin öldürülməsindən sonra Hürrəmilər onun acı aqibətini hər zaman xatırlayaraq göz yaşı tökmüş , onun Ruhuna dualar etmişlər . Hürrəmilərin Şirvini Peyğəmbər hesab etmələri və onu Məhəmməd Peyğəmbərdən də üstün hesab etmələri ola bilsin ki, Şirvin müqəddəs və pak bir insan olaraq İlahi düşüncənin insanlara təbliğ etməsinə səmimi şəkildə yar- dımçı olmuş və acı aqibətlə üzləşmiş səlahiyyətli bir şəxs kimi qəbul edilmişdi ( Seçmələr bizimdir –A. M .Bax :Ceyhun Bayramlı ,Babək və Hürrəmilik ,Bakı 2014 ,səh.309-311 ). . Şirvin və “ Şirvinlik “ lə bağlı XX əsrin ən böyük filo- soflarından olan Azərbaycan Türkü Asif Ata ( Asif Qasım oğlu Əfəndiyev ) göstərir ki, Şirvin qədim Şərq Allahların – dan biriydi və insandan kənarda yox , insanda yaşayırdı . O , insan yaratmamışdı , ancaq insanı İlahi qüdrətə-Allahlığa çatdırırdı .Hər dövrdə bir şəxsin ömründə zühur edirdi . Xürrəmilər zamanında bu zühur Babəkin aqibətinə düş – müşdü . Şirvin Ruhani Həqiqəti söyləyirdi . Şirvinə görə , Allahlıq İnsandan kənarda deyil , İnsandadır . İnsan öz ma- hiyyətinə görə İlahi Xilqətdir . Bu inam Babəkə -möhtəşəm yağıyla ( Abbasi Xilfəti nəzərdə tutulur –A. M. ) döyüşən Peyğəmbərə və Qəhrəmana gərək idi . Babək daxilində Şir-vin gəzdirdiyinə inanırdı . Şirvin Babəkin qəlbində , ağlında, əməlində yaşayırdı . Şirvin Ərdəbildə Bəzz Qalası Ucalığında dayanan , Dəhşətlə ( Abbasi Xilafəti nəzərdə tutulur – A. M .) döyüşən Babəkdə zühur etmişdi ( Seçmələr bizimdir –A. M. Bax : Asif Ata , Uluyurd aqibəti –Bütöv Azərbaycan , Bakı , “Araz” , 2007 , səh . 83 , 84 ) . . Babəkilər Şirvinə inanır ,Onun Ruhunu çağıraraq deyir- dilər : “ Ey Uca Şirvinin Ruhu ! Səni gözləyirik ,bizi hər iki dünyada şad et ! “. . Tədqiqatçılar göstərirlər ki , “ Tarixdə xalq içərisindən çıxmış 3 böyük dahi sərkərdə ən yüksək qəhrəmanlıq zirvə- sinə çatmışdır: Romada Spartak ,Azərbaycanda Babək və Çində Xuan Çao . İnamla deyə bilərik ki, Babək bunların içə- risində daha böyük , daha cəsur , daha istedadlı komandan idi “ ( Ebülfez Elçibey , Bütöv Azerbaycan yolunda ,Ecdad Yayınları , Ankara , səh . 188 ) . . Babəkin başçılığı ilə Babəkilər tərəfindən tənəzzülə uğradılan Abbasi Xilafətində Babəkdən sonra yüksək hərbi məqamlara yüksələn Türk əsilli sərkərdələr IX əsrin ikinci yarısından başlayaraq Abbasilərdən olan Xəlifələri ya öldürmüş , ya Bağdad küçələrində ağaca sarıyıb döymüş, üstlərinə şirə töküb əl-qolu bağlı günəşin altında saxlayaraq milçəklərin onlara necə əzab verdiyinə baxıb həzz almış , ya da gözlərini çıxartdırıb Bağdad küçələrinə buraxmışdılar.“ Burda mənəm,Bağdadda kor Xəlifə “ Türk məsəli və “ Dilənçi Xəlifələr “ ifadəsi də buradan yaranıb . . Babəkin həyatı acı sonluqla nəticələnsə də O , şərəfli bir tale yaşamış , dövrün məğlubedilməz sayılan Ərəb Xila- fətini lərzəyə salan möhtəşəm bir Hərəkat yaratmış , 1200 ildən bəri unudulmayan , milyonların qan yaddaşına əbədi həkk olunan İlahi Missiyasını ləyaqətlə yerinə yetirmiş , təkcə özünün deyil , mənsub olduğu Azərbaycan Türkləri- nin də başını uca etmişdir . .

Düşmənlərin Babək haqqındakı bütün hədyanlarına baxmayaraq onlar bugünə qədər Babəki mənsub olduğu Azərbaycan Türklərinin qan yaddaşından silə bilməyib və bundan sonra da silə bilməyəcəklər . Bugün belə milyonlar- la soydaşımız fars şovinizminin və Molla rejiminin bütün təzyiq və təqiblərinə baxmayaraq Babəkin əziz xatirəsini yad etmək məqsədilə Babək Qalasını ( Bəzz Qalasını ) ziya-rət edirlər. . Babək ən qüdrətli hərbi strateq , Azadlıq simvolu , böyük filosof , nüfuzlu dövlət xadimi və Milli Qəhrəman kimi hər bir Türkün qəlbində əbədi yaşayacaqdır ! Ruhu şad olsun !

Sozcu.az