Hüquq mühafizə orqanlarının saxlanması xərci 43,7 faiz artırılır – İqtisadçı

Qubad İbadoğlu, iqtisadçı alim

Növbəti ilin büdcəsində kəskin artıma məruz qalan xərc maddələrindən biri də məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləridir.

Gələn il üçün nəzərdə tutulan bu xərc maddəsi ötən illə müqayisədə bütövlükdə 655 milyon 331 min 737 manat və ya 49,7 faiz artacaq. Bu artımın 448 milyon 726 min 224 manatı və ya 68,5 faizi hüquq mühafizə orqanlarının payına düşəcək. Müqayisə olunan dövrdə hüquq mühafizə orqanlarının saxlanması xərci də 448 milyon 726 min 224 manat və ya 43,7 faiz artacaq.

Növbəti il üçün məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 1 milyard 973 milyon 67 min 124 manat təşkil edəcək ki, bu həmin il üçün nəzərdə tutulan ümumtəhsil xərclərindən 267 milyon 714 min 321 manat çoxdur. Özünüz nəticə çıxarın, bu hakimiyyət üçün prioritet hansıdır?

Sozcu.az