Hüquq müdafiəçisi Xasməmmədovlar ailəsinin müdafiəsinə qalxdı

Hüquq müdafiəçisi Oqtay Gülalıyev həmkarı Taleh Xasməmmədova və onun qardaşına qarşı Polis zorakılığının durdurulması ilə bağlı özünün facebook səhifəsində status paylaşıb.

Sozcu.az Gundemxeber.az-a istinadən həmin yazını oxuculara təqdim edirik:

”Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Taleh Khasmammadovun gözü qarşısında qardaşı Saleh Xasməmmədov bu gün polis tərəfindən zorla polis şöbəsinə aparılıb. Hadisə Göyçayda çayxanada baş verib. İki qardaş çayxanada oturub çay içirmiş. Onlardan 40 metr kənarda dalaşma hadisəsi baş verir və bir nəfər bıçaqlanır.

Şahidlərin bildirdiyinə görə vuran şəxs qaçır, bıçaqlanan şəxs isə xəstəxanaya aparılır. Hadisə yerinə gələn polislər Xasməmmədovların oturduğu masaya yaxınlaşaraq Salehi zorla sürüyüb maşına oturdaraq polis şöbəsinə aparırlar…

Əməliyyata Göyçay rayon polis şöbəsinin əməkdaşı İlkin Məmmədov rəhbərlik edib. O İlkin ki, Taleh Xasməmmədov bir müddət öncə onun 11 yaşlı uşağı dəfələrlə polis şöbəsinə gətirib ona şiddət göstərməsi barədə tənqidi yazılar yazıb. O da öz növbəsində Xasməmmədovdan qisas alacağını bildirib. Görünür bu gün vədini yerinə yetirmək istəyir…

Heç şübhəsiz Salehin həbsi onun qardaşı Taleh Xasməmmədova görədir. 3 dəfə qanunsuz həbs həyatı yaşayan Taleh bəyin hazırda üzərində 2 açıq cinayət işi var və bu işi “bandotdel” “araşdırır”.

Saleh Xasməmmədovun azadlığa buraxıımasını və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edirik!”