“Huavey” ixtisarlara başlayır: yüzlərlə insan işsiz qalacaq

Çinin “Huavey” korporasiyası ABŞ bölməsindəki əməkdaşlarının kütləvi ixtisarına başlayıb.

Sozcu.az xəbər verir ki, ixtisarlar şirkətin Vaşinqton, Kaliforniya və Texas ştatlarındakı əməkdaşlarına şamil ediləcək.

İddia edilir ki, yüzlərlə əməkdaş işdən çıxarılacaq.

Xatırladaq ki, mayın 17-də “Huavey” milli təhlükəsizliklə əlaqədar ABŞ-da qara siyahıya salınıb.

Osakada keçirilən G20 sammitindən sonra şirkətə qarşı sanksiyaların tədricən aradan qaldırılması məsələsi gündəmə gəlib.