Honkonq London birjasını almağa hazırlaşır – 36 milyarda

Honkonq birjası 36 milyard dollara London birjasını – “London Stok Eksçeyns Qrup”u almağa hazırlaşır.

Sozcu.az xəbər verir ki, bu məlumatı “South China Morning Post” qəzeti yayıb. Bunun Honkonq birjası tərəfindən alınan ikinci birja olacağı vurğulanıb.

Qeyd edək ki, 2012-ci ildə Honkonq birjası London metal birjasını əldə etmişdi.