Hindistan peyk əleyhinə silahı sınaqdan keçirdi

Hindistan peyk əleyhinə silahı uğurla sınaqdan keçirib. “Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, bu barədə Hindistanın baş naziri Narendra Modi bildirib.

“Hindistan ABŞ, Rusiya və Çin kimi ölkələr kimi kosmik supergücə çevrildi. Bizim yerli istehsal olan silah aşağı Yerətrafı orbitdə hərəkət edən peyki məhv etdi. Hindistan özünü yerdə, suda, havada müdafiə edirdisə, bundan sonra kosmosda da qoruya biləcək ”,- deyə baş nazir söyləyib.

Qeyd olunur ki, sözügedən silah Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (DRDO) tərəfindən istehsal olunub.

Sozcu.az