Hindistan-Pakistan arasında Kəşmir münaqişəsi : Tarixi,Banqladeş dövlətinin yaranması – 2-ci hissə

Müəllif : Orxan Allahverdiyev

II HİSSƏ

Keçən əsrin 60-cı illəri Kəşmir münaqişəsinin kəskin halalması,növbəti müharibənin baş verməsi kimi yadda qalmışdır.50-ci illərdəki siyasi və iqtisadi bloklanmalardan sonra,  60-cı illərin əvvəllərində tərəflər bölgədə yenidən hərbi əməliyyatlara başlamış,münaqişənin tərəflərindən birinə də Çin dövləti çevrilmişdir.Hələ 1959-cu ilin mart ayında Çin Tibeti işğal edərkən, Tibet dövlət lideri Dalay Lama Nehrunun dəvətiylə Hindistanda sığınmış, bu hadisə Çin-Hindistan münasibətlərini pozmuş və hər iki dövlət arasında sərhəd münaqişələrinə səbəb olmuşdur. Belə bir vaxtda Pakistan Çini Hindistana qarşı bölgədə strateji müttəfiqi kimi gördü. ABŞ isə komunist partiyasının rəhbərlik etdiyi Çinə qarşı Hindistanla münasibətləri yaxşılaşdırmış,Çini bölgədə təhlükə kimi görməyə başlamışdır.Bu səbəbdən Pakistan-ABŞ münasibətlərində zəifləmə hiss olunmağa başlayır.Çin 60-cı illərin əvvəllərində Hindistanın Kəşmirin bölgəsi hesab etdiyi “Aksai-Çhin”iözünün Sintzyan bölgəsinin bir hissəsi hesab etmiş və iddia irəli sürmüşdür.Bu dövrə qədər bölgədə Çin və Hindistan əsgərləri hərbi məntəqələrini qurmuşdular.1961-ci ilin axırlarında Hindistan öz sərhəd məntəqələrini Çin əsgərlərinin dayandığı bölgəyə yaxınlaşdırdıqdan sonra Çin rəhbərliyi bunu Çinə qarşı təhdid kimi qəbul etmişdir.ÇİN KP-nın rəhbəri MaoTszedun da çıxışında bildirirdi ki: “Çan-Kay Şiylə savaşdıq.Yaponiya və Amerikayla  savaşdıq.Bunların heç biri bizi qorxutmadı və hamısında biz qazandıq.İndi də Hindlilər bizimlə savaşmaq istəyir.Yenə qorxmuruq. Nehru başını qaldırmış bizimlə savaşmaq istəyir.Buyursun savaşsın.Torpaqlarımızı vermirik” Müharibə dövründə Pakistan Çini dəstəklədi.Bu müharibədə Hindistan məğlub oldu. Nəticədə Çin Kəşmirin 25%-ni əhatə edən Aksay-Çhini öz əlində saxladı.1964-cü ildə də Çin KP rəhbərlərindən Çay-Enlay Pakistanın mövqeyini dəstəkləyərək bölgədə referendumun keçirilməsini tələb etdi.Bu gündə Çin tərəfi Aksay-Çhin bölgəsinin heç vaxt Hindistanın və Kəşmirin bir parçası olmadığını bəyan edir və bu ərazilərin işğal edilmədiyini bildirir

1963-1964-cü illərdə ABŞ Kəşmirin taleyinin həll edilməsi və tərəflərin razılığa gəlməsi üçün vasitəçilik edərək danışıqlara başlayır.Beləki,ABŞ-da hakimiyyətdə olan Lindon Conson adminstrasiyası bölgədə bu cür mübahisəli ərazinin olmasını istəməyərək,  bunu SSRİ və Çinin təsirinin artırma ehtimalı kimi dəyərləndirirdi.Lakin Pakistan və Hindistan tərəfləridə danışıqlarda maksimalist davranaraq razılığa gələ bilməmişdilər.Münaqişənin gedişində 1964-cü ildə Çinin dünyanın 5-ci nüvə dövləti olması bölgədə ABŞ-üçün təhlükəni artırmışdır.Bu hadisələr cərəyan edən zaman isə SSRİ proseslərdən uzaq durmağı qərara alır.Beləki,Sovet İttifaqında hakimiyyətə yeni gələn Brejnev-Kosigin cütlüyü Çinlə münasibətləri yaxşılaşdırmaq üçün Hindistanı dəstəkləməkdən imtina etmişdi.

1965-ci ilin yayında iki dövlət arasında sərhəd xəttinin cənub-qərb bölməsində hərbi əməliyyatlar yenidən alovlandı.İkinciKəşmirmüharibəsi baş verdi.Pakistan hökuməti bu müharibədə Bağdad paktına daxil olan dövlətlərində ilk vaxtlarda dəstəyini almışdı.10 sentyabrda Türkiyə və İran Pakistanın yanında olduqlarını açıqladılar.Lakin müharibənin gedişində Pakistan tərəfi Türkiyədən 24 döyüş təyyarəsi istəsə də Türkiyə hökuməti bunları NATO məqsədiylə istifadə edəcəyini bildirərək verə bilmədi. ABŞ-daTürkiyəyə verdikləri hərbi silahların yalnız Türkiyənin müdafiəsi məqsədiylə istifadə edilə biləcəyini bildirmişdir.Əvəzində Türkiyə müharibə dövründə 5 milyon dəyərində hərbi ləvazimatı yardım göndərmişdir.Pakistan ordusu Kəşmirin Hindistanda olan hissəsi olan Kuça əyalətinə daxil olsa da, Çinin etirazından və BMT TŞ-nın müdaxiləsindən sonra müharibə dayandırıldı. 10 yanvar 1966-cı ildə isə “Daşkənd” müqaviləsi imzalandı.Müqavilədə tərəflərin münaqişəni danışıqlar yoluyla həll etməsi qərarlaşdırılsa da, 50 ildən artıq müddətdir ki,tərəflər danışıqlar masasında razılığa gələ bilmirlər

Daşkənd müqaviləsindən cəmi 5 il sonra isə 3-cü dəfə Pakistan-Hindistan müharibəsi baş verdi.Bu müharibəyə səbəb yeni yaranmış Banqladeş dövlətinə Hindistanın hərbi dəstək verməsi idi.1960-cı illərin ikinci yarısından Pakistanda hərbi xunta rejimi yaradıldı.1979-ci ilin dekabrında isə Pakistan tarixində ilk dəfə ölkənin parlamenti Milli Məclisə ümumi birbaşa seçkilər keçirildi. Seçkilərdə Şərqi Pakistandan olan  Mucibur Rəhmanın başçısı olduğu “Xalq Liqası” böyük qələbə qazandı.Lakin hərbi xunta hakimiyyətinin yeni hökuməti təhvil vermək istəməməsindən sonra Xalq Liqası Şərqi Pakistana tam regional muxtariyyəti verilməsini tələb etdi. Lakin bu hökumət tərəfindən qəti rədd edildi və fəallara qarşı cəza tədbirləri görüldü.   Mucibur Rəhman başda olmaqla Liqa fəalları həbs edildilər.Lakin bu etirazları artırmış və etirazçılar artıq tam müstəqillik tələb etməyə başlamışdılar.Şərqi Pakistanın müxtəlif yerlərində yaranan silahlı dəstələr martın 26-da Banqladeş dövlətinin yaradıldığını elan etdilər.Hindistan bu münaqişədə Şərqli silahlılara dəstək vermək üçün dekabrın 3-də Qərbi Pakistanın hava limanlarını bombardman etməyə başladı.Həmçinin üsyançılara böyük hərbi yardımlarda edildi.Nəticədə,15 dekabrda Qərbi Pakistan hökuməti məğlub olduğunu etiraf etdi və Pakistanla Hindistanın ortasında müstəqil başqa bir müsəlman-Banqladeş dövləti yarandı.Banqladeş dövlətinin müstəqilliyini yarandığı vaxtda Abş, Çin, SSRİ tanıdı.Pakistan isə İslam Konfransı Təşkilatına üzv ölkələrinin təkidiylə 1974-cü ildə tanımağa məcbur olmuşdur.

Facebook Comments