Hind okeanından Aralığa qədər… – Səfəvi hədələdi

Tehran region ölkələrindən hansısa birinə hücum etmək niyyətində deyil.

Sozcu.az xəbər verir ki, bunu İran Ali dini liderinin köməkçisi Yəhya Rəhim Səfəvi deyib. O, İranın stabillik və təhlükəsizlik tərəfdarı olduğunu bildirib:

“Bizim siyasətimiz regionda sülh və dayanıqlı təhlükəsizlik yaratmaqdan ibarətdir. Ümid edirik ki, hər kəs İranın hansısa ölkəyə hücum etməyi düşünmədiyini anlayır. Vaşinqton intriqa yaymaq cəhdləri haqqında düşünməməlidir. Əks təqdirdə Tehranın cavabı Hind okeanından Aralıq dənizinə qədər olan hər yeri əhatə edəcək”.