“Heykəl susqunluğu xəyanətin təsdiqidir” – Ədalət Yusub

Ədalət Yusub, ADR sədrinin müavini

Qərb dünyası regionumuzda maraqlarının tam reallaşdırılmasına maneə olan Qarabağ problemini həll etməyi deyəsən doğrudan qarşısına məqsəd qoyub. Paşınyanın hakimiyyətə gətirilməsindən sonra bu istiqamətdə onun sistemli və məqsədyönlü fəaliyyəti təsadüfi hesab oluna bilməz. İndiki vəziyyətdə münaqişə tərəflərinin problemin həlli ilə bağlı proseslərə təsirinin və istəyinin nəticəyə də yansıyacağı şübhəsizdir.B

Bubaxımdan erməni və Azərbaycan hakimiyyət orqanlarının davranışlarına diqqət yetirək.E

Ermənitərəfi :

– işğal olunmuş ərazilərin bir metrinin belə qaytarılmayacağı ilə bağlı rəhbərlik səviyyəsində rəsmi bəyanatını bütün dünyaya elan etdi.
– Paşınyan Ermənistan Təhlükəsizlik Şurasının yığıncağını Xankəndində keçirdi.
– Yerevanda NATO həftəsi keçirilir.
– Erməni hakimiyyəti münaqişənin sülh yolunun alternativinin olmadığını bütün dünya ictimaiyyətinin və NATO -nun diqqətinə çatdırdı və əks təqdirdə ölkəmizin yeni işğal faktları ilə üzləşə biləcəyi haqda həyasız mövqeyini ortaya qoydu.
– Paşinyan qondarma rejim rəhbərliyinin nizamlama prosesində iştirakınının vacibliyini şərt kimi irəli sürdü.

Bəs, problemin həlli ilə bağlı indiki mərhələdə Ilham Əliyev və bu işə birbaşa cavabdeh olan digər dövlət orqanları nə iş görürlər??????

– Azərbaycan hakimiyyətinin tapındığl və əldə bayraq etdiyi yeganə sənəd Paşinyanın qondarma rejimin prosesdə tərəf kimi iştirak tələbinin nəzərə alınmasının mümkünsüzlüyü ilə bağlı həmsədrlərin verdikləri bəyanatıdır.
– Azərbaycan Ordusu 10 000 nəfər hərbiçinin iştirakı ilə geniş miqyaslı hərbi təlimlərə başladı.
Bu, əla, amma……

Düşünürəm ki, hərbi təlimlərin Irəvanda NATO həftəsinin keçirildiyi zamanla eyni vaxta düşməsi təsadüf deyil. Bu məsələdə Rusiyanın NATO -ya “əzələ nümayişi” ilə bağlı “izi” aşkar olunarsa, Qarabağ probleminin həllində Azərbaycanın bütün beynəlxalq güclərin, o, cümlədən NATO – ya üzv həmsədr dövlətlərin də dəstəyindən məhrum olacağı və məsələnin düşmənlərimizin xeyrinə həll ediləcəyi ehtimalının artdığını görməmək mümkünsüzdür.

Ermənilərdən fərqli olaraq Azərbaycan hakimiyyəti Qarabağın taleyi ilə bağlı hər dəqiqənin qızıl olduğu indiki məqamda

– gimnastika üzrə dünya kubokuna,
– ralli yarışlarına,
– Jara festivalına
ev sahibliyi etməyə hazırlaşır.

Qarabağın taleyinə, erməni hakimiyyətinin orada at oynatmasına isə heykəl kimi susur.
BU, XƏYANƏTDİR.