Heydər məscidində Qurban bayramı ilə əlaqədar vəhdət namazı qılınıb

Bu gün Bakıdakı Heydər məscidində Qurban bayramı namazı qılınıb.

APA-nın məlumatına görə, namazda Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin, Qəbələ üzrə qazi, İlahiyyat məscidinin imamı Hacı Ceyhun Rüstəmov bir neçə adamla birgə vəhdət namazı qılıb.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq insanlar öz evlərində bayram namazı qılıb.

Facebook Comments