“Hernandesin “Bavariya”ya gedişi, Qrizmannın “Barselona”ya getməsindən daha çox təsir etdi”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya mətbuatına açıqlama verib.

Sozcu.az xəbər verir ki, argentinalı mütəxəssis, komandanın hazırkı durumundan danışıb:

“Lukas Hernandesin “Bavariya”ya gedişi, Antuan Qrizmannın “Barselona”ya getməsindən daha çox təsir etdi. Çünki Lukas bizim yetirməmiz idi. Getdikdən sonra da Qrizmannla danışmağa davam etdik. O, indi olmaq istədiyi yerdədir. Sakit və əyləncəli uşaqdır. “Barselona”da daha yaxşı işlər görəcəyinə əminəm.

Tomas Partey hazırda oyuna çox təsir edir. Ötən il onun yerində Rodriqonu oynadırdım və mətbuat məni tənqid edirdi. Tomas daha çox oynadıqla özünəinamı yerinə gəlir.

Daha çox qol vuran komandam olsun istəyərəm. Ancaq bu, çox da önəmli deyil. Bu komanda müdafiədən hücuma ən yaxşı çıxan komandadır. Həm Dieqo Kosta, həm də Alvaro Morata bizim üçün vacib oyunçulardır. Və onlar gələcəkdə daha yaxşı işlər görəcəklər”.(Komanda.az)