Hər iki gözü görməyən körpə Rəsulun sizə ehtiyacı var!

Bərdə rayon Hacalı kəndində olan 1 yaşlı körpənin  xeyirxah insanların dəstəyinə ehtiyacı var.

Abdulrəhimov Rəsul Faiq oğlunun iki yaşı hələ tamam olmayıb. Bərdə rayonunun Hacalı kəndində imkansız ailənin övladıdır. Hər iki gözü görməyən bu körpə balanın valideyinləri övladlarının müalicəsinə dəstək olmaq üçün Azərbaycanın xeyirxah insanlarına üz tutub, onlardan kömək istəyirlər.

Rəsulunun atası Abdulrəhimov Faiq Yelmar oğlu Sozcu.az saytına müraciət edərək, azyaşlı övladının durumunu xalqa çatdırılmasını xahiş edir. Faiq Abdulrəhimov övladının hər iki gözünün anadəngəlmə görmədiyini deyir. Faiq Abdulrəhimov bildirir ki, Rəsulun gözlərinin müalicə Ukraynanın Odessa şəhərində mümkündür. Ancaq bunun üçün 35.000 manat vəsait lazım olduğu üçün övladı gözlərinin önündə əziyyət çəkir.

Bərdə rayonunun Hacalı kəndində kasıb bir durumda yaşadıqlarını deyən Faiq Abdulrəhimov, xeyirxah insanlardan Rəsula kömək olmalarını xahiş edərək bildirir ki, Vətənin qeyrətli vətəndaşları körpə Rəsula dəstək olmaqla həm onun şəfasına vasitə olacaqlar, həm də övladının qaşısında çarəsiz durumda qalan bir ailəni sıxıntıdan qurtaracaqlar.

Tel: 050 – 655 – 08 – 09

Biz də Sozcu.az saytının kollektivi olaraq, dəyərli soydaşlarımıza bu körpə, günahsız balamıza dəstək olmalarını xahiş edirik!

Facebook Comments