Həmədanın Ələmut bölgəsinə giriş-çıxış qadağan oldu

Bu bölgədə koronovirusun mutasiyaya uğramış yeni növünə yoluxma sayının artması bir sıra kəndlərin karantinaya alınmasına səbəb olub.

Qəzvin şəhərinin icra hakimiyyəti “İRNA”-ya verdiyi müsahibədə Şərqi və Qərbi Ələmut bölgələrinə giriş-çıxış məhdudiyyətinin qoyulduğunu və qıraqdan gələn avtomobilllərin bölgəyə girişinin qadağan edildiyini bildirib.

Qəzvinin icra hakimiyyətinin başçısı Məhəmməd Şəfii, bu gün, 26 martda mətbuata verdiyi açıqlamada bölgənin Fişan kəndində 23 nəfərdə koronovirusun Britaniya ştammının aşkarlandığını deyib.

Onun sözlərinə görə, bayram tətili günlərində bölgəyə gəli-gedişin çoxalması və qaydalara riayət olunmaması virusun sürətlə yayılmasına səbəb olub.

M.Şəfii yeni növ virusun yayılma sürətinin çox olduğuna görə, ciddi məhdudiyyətlərin tətbiq olunmayacağı təqdirdə vəziyyətin nəzarətdən çıxacağını söyləyib.

Qeyd edək ki, son məlumata görə Həmədan əyalətində dünən 255 yeni yoluxma qeydə alınıb. Onlardan onlardan 38 nəfəri palatalara, 14 nəfəri isə reanimasiya şöbələrinə yerləşdirilib. 26 xəstənin durumunun ağır olduğuna görə, süni tənəffüs aparatlarına qoşulublar.

Bu günə kimi əyalətdə koronovirusa yoluxanlarınümumi sayı 10 min 692 nəfər, bu xəstəlikdən ölənlərin sayı isə 1558 nəfərdir.

Facebook Comments