Həkimlər Çində epidemiyaya səbəb olan naməlum virusu tapıb

Həkimlər Çində virus pnevmoniyasının başlanmasına səbəb olan yeni növ koronavirusu təyin edib. Həkimlər virusun insandan insana ötürülməsində aşkar bir əlamət tapmayıb. Güman olunduğu kimi, xəstə, heyvanlarla təmasda, eyni zamanda dəniz məhsullarından istifadə nəticəsində yoluxa bilər.

Sozcu.az deyerler.org-a istinadən bildirir ki, bir müddət öncə, Çinin Uhan şəhərində naməlum mənşəli sətəlcəm növünün aktiv şəkildə yayılması haqda məlumat verilib. Dekabr ayında 27 yoluxma hadisəsi qeydə alınıb. Yanvarın 5-i, 59 nəfər xəstəliyə yoluxmuş şəxs tibbi yardım xidmətinə müraciət edib. Ölüm barədə məlumat verilmir. Agentlikdən verilən məlumata görə, Çində, bir neçə dəfə qeyri-adi klinik xüsusiyyətə malik olan pnevmoniya növü müşahidə edilib. Xüsusilə, 2002-2003-cü illər epidemiyası zamanı, xəstəliyə tutulmuş 5 min nəfərdən 350 nəfər ölmüşdür. Ümumiyyətlə, dünyada o illərdə demək olar ki, 8,5 min insan xəstələnərək, 900-dən çox insan ölüb.

Facebook Comments