“Heç kimə güvənməyin” – Xəyalə gileyləndi

Aktrisa Xəyalə Quliyeva sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkib.
Sozcu.az xəbər verir ki, dostlarının etibarsızlığından gileylənən aktrisa ətrafında hamını sildiyini bildirib:

“Həyatda özünü, yalnız səni yuxarı darta biləcək insanlarla əhatə elə. Çünki artiq həyat səni ayağından aşağı çəkəcək insanlarla doludur. Ağacda oturan quş heç vaxt budağın qırılmasından qorxmaz. Çünki onun güvəni budağa deyil, öz qanadlarınadı. Dediyim odur ki, özunuzdən başqa heç kimə güvənməyin.

Ağ qızılgülün də kölgəsi qara olur. Geyimini bilən qadın özünə yaraşanı, bəhskeş qadınsa, başqasına yaraşanı geyinər”.