Hacıbala Abutalıbovla Əli Həsənov təqaüdə göndərildi…

Baş nazirin iki müavini – Hacıbala Abutalıbov və Əli Həsənov işdən çıxarılıb.
Sozcu.az xəbər verir ki, bu haqda Qaynarinfo məlumat yayıb. Məlumata görə, hər iki müavin yaş həddinə görə təqaüdə göndərilib.

Dəyişikliklər yeni Baş nazirin təyinatından sonra Nazirlər Kabinetində islahatların aparılması ilə əlaqədardır.

Qeyd edək ki, 75 yaşlı Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı olub. 21 aprel 2018-ci ildə Baş nazirin müavini təyin edilib.

71 yaşlı Əli Həsənov 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə başçılıq edib, 21 aprel 2018-ci ildən Baş nazirin müavini vəzifəsini tutur.