Hazard seçimini etdi

“Real”ın yeni transferi Eden Hazard “kral klubu”ndakı forma nömrəsini seçib.

Sozcu.az-ın “Marca” nəşrinə istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi 23 nömrəli formada çıxış edəcək. Hazardın bu nömrəni seçməsi onun qatı basketbol azarkeşi olması ilə əlaqələndirilir. Amerika Milli Basketbol Assosiasiyasında (NBA) vaxtı ilə Maykl Cordon və Lebron Ceyms məhz 23 nömrəli formanı geyiniblər.

“Real”da isə bu nömrə altında ingiltərəli yarımmüdafiəçi Devid Bekhem çıxış edib.

Qeyd edək ki, bir müddət öncə Hazardın 7 və ya 11 nömrəsini seçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.(Qol.az)